Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:38

Sürücülər Kadyrova söz verdilər ki, daha içməyəcəklər...


Avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə saxlanan sürücülər
Avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə saxlanan sürücülər

Sentyabrın 28-də keçirilmiş reyd zamanı Çeçenistan polisi yol hərəkət qaydalarını pozmuş 10 min 104 sürücünü saxlayıb.

Oktyabrın 28-də avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə saxlanan 180 nəfər Çeçenistan rəhbəri önündə spirtli içkilərdən imtina etdiklərinə and içiblər.

Sentyabrın 28-də Ramzan Kadyrov-un təşəbbüsü ilə başlamış tədbirlərin ilk iki günündə 1452 avtomobil cərimə meydançasına aparılıb. Reydlərin sürdüyü 4 həftə ərzində Çeçenistanda 4 mindən çox qayda pozucusu aşkar edilib. Onların arasında 147 sərxoş sürücü də var.

Buna da bax:​ Ramzan atasının şərəfinə 80 mərtəbəli qüllə tikdirir

“Kim söz verirsə, əlini qaldırsın!”

Oktyabrın 28-də yol polisinin respublika idarəsinin binasında keçirilən mərasimdə Çeçenistan rəhbəri Ramzan Kadyrov avtomobili sərxoş vəziyyətdə idarə etdiklərinə görə saxlanmış 180 nəfər qarşısında çıxışında belə deyib:

"Siz bizim xalqımıza Allah xatirinə spirtli içki qəbul etməyəcəyinizə söz verirsinizmi? Kim söz verirsə, əlini qaldırsın!".

Ancaq bu iclasa qatılan sürücülər bir ay öncəki reyddə saxlanmışdılar. Bu şəxsləri artıq yerli televiziyada da göstərmişdilər.

"Ramzan tələb etdi ki, sərxoş sürücüləri yanına toplayaq... O üzdən, sentyabrın sonu - oktyabrın əvvəlində avtomobili sərxoş idarə etməyə görə saxlananları çağırmalı olduq... Ardından oraya, başının dəstəsi ilə, Ramzan gəldi və qaydanı pozanları danladı...", - polis əməkdaşının sözləridir.

Buna da bax:​ Kadırovla sözü çəp gələn idmançının qızını kim döyüb?

“Sən demə, Ramzanın əmriymiş...”

Həmin iclasa qatılmış bir qaydapozan and içməyə məcbur qaldığını söyləyir:

"Bu, filmin ikinci seriyası kimi bir şey idi. Məni hələ ayın əvvəlində sükan arxasında sərxoş olduğuma görə tutmuşdular. İş məhkəməyə verilib. Vəsiqəmi almaq və 30 min rubl cərimələmək istəyirlər. Məni və digər qayda pozanları elə həmin vaxt televiziyada göstəriblər. Sən demə, bu, Ramzanın əmriymiş...".

"Novaya qazeta" yazır ki, Çeçenistan rəhbərinin sentyabrda yerli güc strukturları əməkdaşları ilə keçirdiyi müşavirədə sərxoş sürücüləri belinə mina bağlamış kamikadzelərlə müqayisə edib. Onun respublikada narkomanları güllələmək tapşırığına gəlincə, Çeçenistan prokuroru Kadyrov-un sözlərinin "kontekstdən çıxarıldığını" deyir.

Buna da bax: Kadyrov: 'Uşaqları idmana cəlb edirik'

Saxlanılan 1104 sürücünün arasında 400 nəfər avtomobili sərxoş vəziyyətdə idarə edənlərdir.

Respublikanın Dövlət Avtomobil Müfəttişliyinin məlumatına görə, ilin əvvəlindən Çeçenistanda 310 avtomobil qəzası baş verib və bu qəzalarda 100 nəfər həyatını itirib.

Dövlət Avromobil Müfəttişliyinin əməkdaşı bildirir ki, bu göstərici ötən ildəkindən 29% aşağıdır.

Buna da bax: Kadyrov səs verəndən sonra "ləzginka" oynadı

“Başqa cür olmaz”

"Bu reydlər, bir tərəfdən, sürücüləri "tonusda" saxlamaqdan ötrü zəruridir. Başqa cür olmaz. 25 ildir sükan arxasındayam. Azərbaycanda, Gürcüstanda, başqa yerlərdə ezamiyyətdə olmuşam. Ancaq bizim yollarda baş verənləri heç yerdə görməmişəm. Sürücülərin, sadəcə, bir-birinə qarşılıqlı hörməti yoxdur. Hamısı harasa tələsir, çoxunun yollarda başqalarına problem yaratmaq xoşuna gəlir. Respublikanın xaricində belə şey yoxdur. Yəni, ən azı, bu miqyasda. Ona görə də, qaydanı pozanları sərt cəzalandırmaq lazımdır", - Qroznı sakini Lechi belə deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG