Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:32

'Sovetski'də bu dörd tərəfi sökülən evdəkilər sona qədər duracaqlarını deyir


“Sovetski”dəki “Nərimanov döngəsi, 14” ünvanındakı ev. noy.2016

“Sovetski”dəki “Nərimanov döngəsi, 14” ünvanındakı ev. noy.2016

“Qazı, işığı kəsirlər, birləşdiririk. Mülkiyyət hüquqlarımızı tapdalayırlar. Onlardan artıq heç nə istəmirik, evimizin sahəsinə və yaşadığımız əraziyə uyğun yerdə ev versinlər, köçək”.

Noyabrın 8-də günorta saatlarında “Sovetski”dəki “Nərimanov döngəsi, 14” ünvanındakı evin işıqları, qazı kəsilib. Su 5 gün əvvəl kəsilibmiş. Səbəb hökumətin söküntü planına düşən evdə yaşayan Quliyevlər ailəsinin şərtləri qəbul edib evdən çıxmamasıdır.

Buna da bax:​ "Sovetski" xarabalıqları- FOTOLAR

“İki otağın sahəsi ölçülməyib”

Emil Quliyev AzadlıqRadiosu-na danışır ki, evin sahəsini ölçməyə gələndə iki otağın sahəsi ölçülməyib. Səbəb də bu olub ki, ölçü aparılanadək həmin iki otaq dağıdılıbmış:

“Qonşunun evini sökəndə, bizim iki otağımızı da dağıtdılar. Həmin otaqların sənədləri əlimizdədir. Biz sənədləri göstərdik, dedilər, yox, otaqlar dağılıbsa, hesaba alınmır. 68 kvadratmetrə görə kompensasiya təklif etdilər. Bu evdə üç ailə yaşayır. Hər ailənin öz otağı var. Dedik ki, pul istəmirik, bizə elə bu ərazidən kvadratımıza uyğun ev verilsin. İcra hakimiyyəti razılaşmadı”.

Buna da bax:​ 'Axır ki, evimdən atdılar məni...'

“Əvvəl su xətti kəsilib...”

Yasamal rayon İcra Hakimiyyəti əvvəl ailəni məhkəməyə verəcəyini bildirsə də, sonradan fikrindən daşınıb. Məsələni elə məhkəmə qərarı olmadan “yoluna qoymağı” düşünüb. Əvvəl mənzilə gələn su xətti kəsilib:

“5 gündür suyu ordan-burdan daşıyıb gətiririk. Qazı, işığı əvvəllər də kəsiblər. Onlar kəsdikcə, biz birləşdirmişik. Bu gün yenə gəlib kəsdilər. Mən vətəndaş kimi hüquqlarımı tələb edirəm, başqa heç nə istəmirəm. İki otağın sənədi əlimdədir, onları da hesaba alsınlar. Pul istəmirik, bizə bu evimizin ümumi sahəsinə uyğun elə bu ərazilərdə ev versinlər. Mən evdə olmayanda, gəlib qadınları qorxudur, hədələyirlər ki, “bu gedişlə küçədə qalacaqsınız, nə pul verilməyəcək, nə ev. Gəlib evi başınıza uçuracağıq”. Bu nə deməkdir? Vətəndaşa bu nə münasibətdir? Mən mülkiyyət hüquqlarımı tələb edirəm, başqa heç nə istəmirəm. Bu, mənim konstitusion hüququmdur”.

Buna da bax:​ Sovetskinin sonuncu evi belə sökülmüşdü

“Hər ailəyə bir ev istəyir, belə şey olmur”

“Sovetski”dəki “Nərimanov döngəsi, 14” ünvanındakı ev. noy.2016

“Sovetski”dəki “Nərimanov döngəsi, 14” ünvanındakı ev. noy.2016

Quliyevlərin qaldıqları evin dörd tərəfi sökülüb, bir hissəsi də xışlanıb. Yaxınlıqdakı qazıntılar zamanı kanalizasiya xətləri dağıdılıb. Yaşamaq üçün daş-daş üstə qalmasa da, Quliyevlər ailəsi sonadək dirəniş göstərməyi düşünür.

Yasamal rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, Quliyevlər ailəsinə 68 kvadratmetrlik mənzilin hər kvadratmetrinə görə 1500 manat kompensasiya təklif olunur. Ətrafdakı bütün evlər sökülsə də, ailə ərazini tərk etmir: “Əvvəldən də xəbərdarlıq olunduğu kimi, işıq, qaz kəsilib. Onların razılaşıb-razılaşmamasıyla deyil, axı. Qanun hamı üçün qanundur. Hər ailəyə bir ev istəyir, belə şey olmur. Kompensasiya sahəyə görə hesablanır və mülkiyyətçiyə verilir. Bəlkə 30 kvadratlıq evdə 6 ailə sığışıb qalır, belə çıxır ki, 30 kvadratlıq evə görə 6 ailəyə ayrı-ayrılıqda ev verilməlidir? Bir az da insafla danışın”.

Buna da bax:​ 12 nəfərlik ailə küçədə qalıb

“Tərk etməyəcəyik”

Emil Quliyevsə deyir, qapıya ağır texnika söykənsə də, evi tərk etməyəcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG