Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:02

"Sovetskidəki abidələrin heç də hamısı sökülmür"


►Abidə siyahısından çıxarılan 23 tikilinin bəzilərinin, o cümlədən S.Rəhimov və A.Şaiq küçələrinin kəsişməsindəki “Şollar su kəmərinin su yayım qülləsi”nin bərpası imkanları öyrənilir

““Sovetski”də söküntü ərazisinə düşən 72 tarix və mədəniyyət abidəsi saxlanılacaq və qorunacaq”

“Sovetski” adlanan ərazisinin yenilənməsi ilə bağlı İşçi komissiyanın yaydığı açıqlamada belə deyilir. Açıqlamanı komissiya üzvü, memar Eyvaz Bağırov APA-ya təqdim edib.

Açıqlamada “Sovetski”də abadlıq işlərinin Bakının Baş planına əsasən aparıldığı, 2014-cü ilin yanvarından həmin ərazidən sakinlərin köçürülməsinə başlandığı qeyd olunur.

Açıqlamada bildirilir ki, Nazirlər Kabinetinin qərarına əsasən ərazinin bir hissəsində daşınmaz əmlakın dövlət ehtiyaclarından ötürü alınmasına başlanıb. İndiyədək ərazidən cəmi 3425 yaşayış obyektinin könüllü alındığı bildirilir. 710 yaşayış obyektinin isə dövlət ehtiyaclarından ötrü könüllü razılaşma əsasında alındığı qeyd edilir.

Açıqlamada “Sovetski”dəki sökülən tikililərin uzun illər bərpa və ya əsaslı təmir işləri aparılmadan istismar olunduğu, həmin binaların əksəriyyətinin texniki cəhətdən qəzalı olduğu bildirilir. Binalarda təmir-bərpa işlərinin aparılmasının texniki və iqtisadi cəhətdən məqsədəuyğun olmadığı qeyd olunur.

____________________________________________________________

Bunlara da bax:
«Banklar əhalinin başına oyun açmaqdan əl çəkmək istəmirlər»
Məhəmməd Əli qanlı hadisələr haqda şeirini deyir- [Video]

____________________________________________________________

“Həmin tikililərin sırasından 23 abidənin adı Nazirlər Kabinetinin qərarı ilə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”ndan çıxarılıb. Həmin binaların, o cümlədən siyahıdan çıxarılmış abidələrin mühafizəsi hazırda da davam etdirilir. Siyahıdan çıxarılmış abidələrə mütəxəssislər tərəfindən yerində baxış keçirilib. Binaların əhəmiyyət kəsb edən elementlərinin və hissələrinin müəyyənləşdirilərək götürülməsinə başlanıb”, - açıqlamada deyilir.

Açıqlamada iddia olunur ki, mediada qeyd edilənlərin əksinə olaraq, “Sovetski” adlanan ərazidə bütün tarixi abidələr sökülmür.

“Yalnız 23 abidə Mədəniyyət və Turizm Nazirliyinin təklifi, Milli Elmlər Akademiyasının rəyi nəzərə alınaraq, Nazirlər Kabinetinin qərarı ilə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”ndan çıxarılıb”.

Açıqlamaya görə, hazırda həmin 23 tikilinin bəzilərinin, o cümlədən S.Rəhimov və A.Şaiq küçələrinin kəsişməsindəki “Şollar su kəmərinin su yayım qülləsi”nin bərpası imkanları öyrənilir.

İşçi komissiyanın açıqlamasında ötən ayın 20-da “Azdrama”nın arxasında – Murtuza Muxtarov küçəsində tarixi abidə sayılan Mirələkbər məscidinin sökülməsindən isə bəhs edilmir.

1889-cu ildə tikilən həmin bina 1927-ci ilə kimi məscid kimi istifadə edilib. Sonradan “Yuğ” teatrnın istifadəsinə verilibmiş.

Sovetskidə söküntü...
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG