Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:58

"Sovetski"yə görə daha bir həbs


►“Bu adamlar kimin etibarından sui-istifadə ediblər? Kimi aldadıblar?

Zərərçəkmiş kimi təqdim olunan şəxslər özləri də məhkəmədə dedilər ki, onlara bir manat da ziyan dəyməyib”

"Sovetski" sakinləri üçün elə həmin ərazidə çoxmənzilli bina tikmək təşəbbüsü ilə çıxış edənlərdən daha bir həbs olundu.

Yasamal Rayon İcra Hakimiyyəti başçısı İbrahim Mehdiyevin ərizəsi əsasında istintaqa cəlb olunan üç nəfərdən yalnız biri azadlıqda idi.

Yanvarın 22-də Bakı Apellyasiya Məhkəməsində Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası Orxan Fərhadovun həbsi barədə qərar verdi.

Buna da bax: Ermənistan da neft qiymətlərindən asılıdır...

“KİMİ ALDADIBLAR?”

Qərardan əvvəl təqsirləndirilən şəxslər - "DES Consulting" şirkətinin baş direktoru Nazim Səmədov, şirkətin prezidenti Asəf Hacı-İsmayılov və layihə meneceri Orxan Fərhadov çıxış edərək, heç bir cinayət törətmədiklərini, onlara elan olunmuş dələduzluğa cəhd ittihamının əsassız olduğunu bildirdilər.

Qeyd etdilər ki, heç kimdən bir manat da pul almayıblar.

Zərərçəkmiş kimi təqdim olunan şəxslər özləri də məhkəmədə dedilər ki, onlara bir manat da ziyan dəyməyib. Əgər bunlar bir manat da pul almayıblarsa, burada hansı dələduzluğa cəhddən söhbət gedə bilər?

Vəkillərdən İradə Cavadova, Faiq Nağıyev təqsirləndirilənlərin əməlində cinayət tərkibi olmadığını vurğulayaraq, onlara bəraət verilməsini istədilər.

"Birinci instansiya məhkəməsi ittiham aktında yazılanları köçürüb, cüzi dəyişikliklə hökm çıxardı. Bu adamlar kimin etibarından sui-istifadə ediblər? Kimi aldadıblar? Zərərçəkmiş kimi təqdim olunan şəxslər özləri də məhkəmədə dedilər ki, onlara bir manat da ziyan dəyməyib. Əgər bunlar bir manat da pul almayıblarsa, burada hansı dələduzluğa cəhddən söhbət gedə bilər? İbrahim Mehdiyevin ərizəsi araşdırılmadan üç nəfər cinayət məsuliyyətinə cəlb olunub. Nə olsun ki, icra başçısıdır?! İndi icra başçısıdır deyə, üç nəfər günahsız adam həbsdə saxlanmalıdır?", - deyə İradə Cavadova bildirdi. (Ardı aşağıda)

Sovetski belə sökülür (Fotolar)

Buna da bax: Neft 60-70 dollara qalxacaqmı?

ŞƏRTİ CƏZALAR HƏBSLƏ ƏVƏZLƏNDİ

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Səmədov 6 il azadlıqdan məhrum edilib. Asəf Hacı-İsmayılov və Orxan Fərhadova isə elə həmin müddətə şərti cəza verilib.

Adları çəkilən şəxslər "DES" MMC-ni təsis edib, 16 mərtəbəli, 9 bloklu, 810 mənzilli binada "Sovetski" sakinləri üçün kvadratı 380 manatdan ev tikməyi planlaşdırıblar. Cinayət işinin materiallarında isə iddia olunur ki, onların məqsədi vətəndaşların pulunu ələ keçirmək olub.

Birinci instansiya məhkəməsinin hökmündən həm müdafiə, həm də ittiham tərəfi narazı qalmışdı. Prokuror da apellyasiya protesti verib, şərti cəza alanların da həbs olunmasını istəyirdi.

İcra başçısının bir sözünü iki eləmək olmaz? Keçən il bu vaxtlar heç kim MTN-də işləyənlərə "gözün üstə qaşın var" deyə bilməzdi, amma bu gün... Demək istədiyim odur ki, kimsə bilmir başına nə gələcək, bir icra başçısının sözü ilə neçə ailəni bədbəxt eləmək olmaz.

Məhkəmə çıxışlarından sonra Əflatun Qasımov qərarı elan etdi. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirildi və şərti cəzalar ləğv edilərək, həbslə əvəz olundu. Şərti cəza alanlardan Asəf Hacı-İsmayılov ötən məhkəmə iclasında həbs edilmişdi. Buna səbəb kimi, onun əvvəlki məhkəmə iclasında iştirak etməməsi göstərilmişdi. Orxan Fərhadov isə qərardan sonra həbs olundu.

Buna da bax: Məhkəməyə yerə uzanmaqla etiraz edir- [Video]

“BUNA KİM CAVAB VERƏCƏK?”

İradə Cavadova AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək:

"Məqsədimiz bu işi Avropa Məhkəməsinə aparıb çıxarmaqdır. Bu cür hökm və qərarlardan sonra adamda belə fikir yaranır ki, əgər prokurorluğun ittihamından kənara çıxa bilməyəcəksə, o zaman məhkəmələr nəyə lazımdır?!"

Vəkil onu da əlavə edib ki, hüquqlarını müdafiə etdiyi Nazim Səmədov ədalətsiz hökmə etiraz olaraq, yanvarın 19-dan aclıq edir:

"Sabah Nazim Səmədov ölsə, buna görə kim cavab verəcək? İcra başçısının bir sözünü iki eləmək olmaz? Keçən il bu vaxtlar heç kim MTN-də işləyənlərə "gözün üstə qaşın var" deyə bilməzdi, amma bu gün... Demək istədiyim odur ki, kimsə bilmir başına nə gələcək, bir icra başçısının sözü ilə neçə ailəni bədbəxt eləmək olmaz".

“Sovetski”də köçənlərin qazı qalır...
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

XS
SM
MD
LG