Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:38

►Hadisə oteldə baş verib

19 yaşlı Yeqor Britaniyanın Hult Biznes Məktəbinin məzunudur. Atası «Старик Хоттабыч» şəbəkəsinin yaradıcılarından biri, milyarderdir. İlk baxışdan həyatda heç nəyə ehtiyacı olmayan 19 yaşlı Yeqor Sosin-in öz doğma anasını öldürdüyü bildirilir.

Onu əsas şübhəli kimi həbs ediblər.

Yeqor 44 yaşlı anası ilə Kazana müalicəyə gəlibmiş. Hər şey normal görünürmüş. Amma axşam çağı oğlan mobil telefonun kabelini götürüb onunla anasını boğub. Bundan əvvəlsə onun qadını qəddarcasına döydüyü bildirilir.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, otelin bir qonağı paltarının üstündə qan izləri olan oğlanın dəhlizdə var-gəl etdiyini görüb otelin işçilərini çağırıb. Otaqda zərərçəkmişin meyitini də onlar aşkar ediblər.

Qətl ittihamı üzrə cinayət işi başlayıb.

Yeqor Sosinin özü iddia edir ki, anasının ona qəribə dərmanlar verməsindən sonra heç nə xatırlamır. Ehtimal edilir ki, gənc oğlan müstəntiqləri çaşdırmaq üçün bunları özündən qoşur.

Milyarder İqor Sosin özünün dəbdəli həyatı ilə tanınır. O, hərracda ən bahalı lüks əşyaları alır. Məsələn, Truman Capotenin “Tiffanigildə səhər yeməyi” romanının əlyazmasını 306 min dollara satın alıb. Dünyanın bütün adlı-sanlı dizaynerlərinin qırmızı donlarının kolleksiyasına isə 3,5 moilyon avro xərcləyib.

Buna da bax: Krım tatarlarının toyu (Fotolar)

İqor Sosinin, oğlu Yeqorun anası ilə bir neçə il əvvəl boşandığı bildirilir.

Anastasiya Sosina oğlu Yeqoru narkomaniyadan müalicə etdirmək üçün Kazana, bir alman psixoloq cütlüyün təşkil etdiyi bahalı treninqə gətiribmiş. Treninqin qiyməti bir nəfər üçün 50 min rubl imiş.

Ailənin tanışlarının dediklərinə görə, Yeqor valideynlərinin ayrılmasını çox ağır keçirirmiş və elə həmin dövrdə də narkotiklərə qurşanıb. Anası Anastasiya isə onu xilas etmək üçün hər üsuldan yapışırmış.

Günün bütün mövzuları

XS
SM
MD
LG