Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:50

►“Qapıdan girən kimi üstümə cumdular ki, “gəlib səsimizi gizli yazıb gedirsən”. Çıxıb qaçmasaydım, basıb döyəcəkdilər”

İDARƏNİN ƏMƏKDAŞLARI QƏZƏBLƏNİB

Cəlilabadın Babalı kənd sakini Qorxmaz Nərimanov AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, rayonun Sosial Müdafiə Mərkəzinin əməkdaşlarının hərəkətlərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etməsi ona baha oturub.

Bakıdan rayona qayıdıb Mərkəzə ayaq basanda işçilər ondan mobil telefonunu söndürməyi tələb ediblər. Razılaşmadıqda, idarədən qovublar:

“Mən nazirliyə şikayət etdim ki, sənədlərimi qəbul etmirlər. Nazirlikdə məni Əlövsət müəllim qəbul etdi. Vəzifəsini bilmirəm. Ona 1 aydan çoxdur ki, get-gələ salınmağım, incidilməyim barədə danışdım. O da söz verdi ki, “dur get rayona, narahat olma, sənədlərini qəbul edəcəklər”. Ancaq rayona qayıdıb növbəti dəfə idarəyə gedəndə məlum oldu ki, Bakıya şikayətə getməyim idarənin əməkdaşlarını qəzəbləndirib. Üstümə cumdular ki, “bura gələndə telefonu söndür. Gəlib səsimizi gizli yazıb gedirsən””.

Buna da bax: Nazir: "Vəzifəyə qoyanda sizdən pul alan olub?"(Video)

Qorxmaz Nərimanovun sözlərinə görə, bu ilin oktyabr ayınadək ünvanlı sosial yardım alırmış. Müddət bitəndən sonra yenə sənədlərini toplayıb Mərkəzə təqdim edəndə ona bildiriblər ki, nazirlikdən ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlardan sənədlərin qəbul edilməməsi barədə göstəriş alıblar. O da məsələni aydınlaşdırmaq üçün tənbəllik etməyib, düz Bakıya – Nazirliyə gəlib. Nazirlikdə ona belə bir göstərişin olmadığı bildirilib.

Buna da bax: Rəsulzadəyə "xain" deyən depuatatın məsələsinə baxılacaq

“EVDƏ BİR UN KİSƏSİ VAR...”

Qorxmaz Nərimanov dolanışığından danışır:

“Mənə xoş deyil ki, özümdən yaşca kiçik insanların qarşısında 5-10 manata görə hər sözü götürüm. Ailədə 6 nəfərik, azyaşlı uşaqlarımın biri gözdən xəstədir, o biri sümük boşluğundan əziyyət çəkir. Atam, anam da bizimlə qalır. Biri astma xəstəsidir, o birinin ayaqları tutulub. Öz mədəmdə yara var, ağır işlərlə məşğul ola bilmirəm. İndi də məni hədələyirlər ki, “gəlib nəyin var, qeydiyyata alacağıq, sən yardım almayacaqsan”. Varım-yoxum həyətdə bir tövlədir, qarşısında da yem... Evdə də bir un kisəsi var, dibində bir az un var. Bir gün çörək bişirəndə o biri günü ötürürük ki, un qurtarmasın. Gəlsinlər, onu da qeydiyyata alsınlar”.

Babalı sakini indiyədək aldığı ünvanlı sosial yardımı dərmana xərclədiyini bildirir. Deyir, 150 manat 6 nəfərlik ailənin qarnını, əyin-başını görməsə də, ən azı dərman pulu axtarmırdı.

Buna da bax: 6 milyon suriyalı uşağın dərdi

“VƏTƏNDAŞIN MƏSƏLƏSİ HƏLLİNİ TAPACAQ”

Qorxmaz Nərimanov ünvanlı sosial yardım üçün sənədlərini toplayıb Mərkəzin müfəttişi Azər Məsimova verdiyini deyir. Elə Nazirliyə müraciət etdiyinə görə ona təzyiq edənlərdən birinin də Azər Məsimov olduğunu bildirir.

Cəlilabad rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşı Azər Məsimov “Qaynar xətt”ə bildirdi ki, vətəndaşın narahatçılığına əsas yoxdur:

“Sənədləri tam hazırdır, qəbul etmişik, evinə baxış keçirmək qalıb. Bazar ertəsinədək evinə baxış keçirəcəyik və vətəndaşın məsələsi həllini tapacaq”

Günün bütün mövzuları

XS
SM
MD
LG