Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:36

“Sonra deyirlər, “niyə etiraz edirsən? Niyə dövlətdən narazısan? Niyə prezidenti söyürsən?” Bəs neyləyim? Eyvanımdan gələn günəşin, pəncərəmdən gələn havanın qarşısını kəsirlərsə, qonşu dövlətə etiraz etməliyəm?”

“BİZİ AZ QALA HƏBS EDƏCƏKDİLƏR”

Nəsimi rayonu, Cavadxan küçəsinin sakinləri narahatdır. Səbəb yaşadıqları həyətin tən ortasını qazıb özül atan hansısa şirkətin burada hündürmərtəbəli bina tikmək istəyidir.

Nəsimi rayonu, Cavadxan küçəsinin sakinləri narahatdır. Səbəb yaşadıqları həyətin tən ortasını qazıb özül atan hansısa şirkətin burada hündürmərtəbəli bina tikmək istəyidir.

Uzun illər bir neçə binanın ortasındakı meydança sakinlərin istirahət yeri imiş. Ərazidə yaşayan Cəlal Sadıqov bir aydan çoxdur ki, meydançanın hasara alınaraq dağıdıldığını deyir:

“Onlar meydançamızı dağıtdılar, biz də onların hasarlarını uçurtmaq istədik. O boyda meydançanı dağıdanlara “gözün üstə qaşın var” deyən olmadı. Ancaq bizi, az qala, həbs edəcəkdilər. Elə ki, bir az etiraz səsimizi qaldırırıq, polisi tökürlər həyətə... Görün nə günə qalmışıq ki, polis də bir tikinti şirkətinin əlində oyuncağa dönüb”.

Buna da bax:​ Söküntü Qaraçuxura çatdı - sakinlər narazıdır

“TOZ-TORPAQ CİYƏRLƏRİMİZDƏDİR”

“Sonra deyirlər, “niyə etiraz edirsən? Niyə dövlətdən narazısan? Niyə prezidenti söyürsən?” Bəs neyləyim?”

Tikinti ərazisinə yaxın binada yaşayan Əsli Qurbanovanın deməsinə görə, yeni tikiləcək bina nəinki evinə gələn işığın, havanın qarşısını alacaq, hətta binanın blokundan çıxmalarına da əngəl yaradacaq:

“Binamızla tikinti arasında heç 5 metr ara yoxdur. Elə bil ki, 3-4 binanın arasında bir əngəl kimi ucaldırlar. Toz-torpaq da ciyərlərimizdədir. Camaat maşınını harda saxlayacaq, uşaqlar harda oynayacaq – bu işə qol qoyanlar bir düşünürlərmi? Bu qədər sakini insan yerinə qoymayan məmurların könlü bu işə necə razı olub, adam düşünəndə dəhşətə gəlir”.

Sakinlər etirazlarını davam etdirirlər, günaşırı həyətə toplaşıb hasarı sökməyə çalışırlar.

Əslində sakinlər ərazinin bir hissəsində xudmani bir xeyir-şər evi tikiləcəyini gözləyirlərmiş. Elə həyətə ağır texnikalar gələndə də düşünüblər ki, xeyir-şər evinin tikintisinə başlanılır. Ancaq hasarlanma və özül qazıntısı başlayanda xəbər tutublar ki, təkbloklu, hündürmərtəbəli bina ucaldılacaq. 1 ay əvvəl fəhlələrlə sakinlər arasındakı narazılıq sakinlərin polis şöbəsinə aparılması ilə sonuclanıb. Bununla belə, onlar etirazlarını davam etdirirlər, günaşırı həyətə toplaşıb hasarı sökməyə çalışırlar.

Buna da bax:​ 'Binamızın sökülməsinə imkan verməyəcəyik'- Etiraz (VİDEO)

“DAŞDAN KEÇƏN SƏNƏD”

Sahibkarın Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş “daşdan keçən” sənədi – sərəncam olduğunu bildiriblər.

Nəsimi Rayon İcra hakimiyyətindən tikinti ilə bağlı açıqlama almaq mümkün olmayıb. Amma bina sakinləri artıq məhkəməyə müraciət ediblər.

Nəsimi rayon icra hakimiyyətindən “Qaynar xətt”ə binanı tikən şirkətin adını açıqlamasalar da, sahibkarın Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş “daşdan keçən” sənədi – sərəncam olduğunu bildiriblər. Əlavə ediblər ki, tikinti aparılan ərazinin uşaq meydançasına aidiyyəti yoxdur. Uşaq meydançası hasara alınmış sahənin kənarında qalıb – yəni hasarın bu üzündə...

10, 12, 14, 16, 18 və 20 saylı binanın sakinləri isə bu il avqustun 8-dən başlayan işlərin dayandırılmasından ötrü ölkə başçısından tutmuş, Nəsimi rayon icra hakimiyyətinin başçısına qədər hamıya yazıblar. Hələ də cavab gözləməkdədilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG