Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:30

►Bu il məzunlar ötən illərdəki kimi, Dənizkənarı Milli Parka – bulvara gedə bilməyəcəklər. Bu, həm də iki gün sonra başlanacaq Formula-1 yarışları ilə bağlıdır

Bu gün – iyunun 14-ü Azərbaycan məktəblərində son zəngdir.

Təhsil nazirinin əmrinə görə, məzunlar bu günü məktəb ərazisində keçirirlər. Ötən illərdəki kimi, Dənizkənarı Milli Parka – bulvara gedə bilməyəcəklər. Bu, həm də iki gün sonra başlanacaq Formula-1 yarışları ilə bağlıdır. Artıq gecədən mərkəzi yollar bağlanıb, gediş-gəliş məhdudlaşdırılıb.

Amma bu qadağa məzunların kefinə elə də soğan doğramayıb. Paytaxtın Xətai rayonunda 257 saylı məktəbə baş çəkdik. Narıncı, mavi, çəhrayı, göy ətəkli, ağ koftalı, başı çələngli qızlar boy-boya veriblər. Oğlanlar da onlardan geri qalmır. İdman zalında keçirilən tədbirə müəllimlər, valideynlər də qatılıb.

“TƏLƏBƏ OLMAQ”

Məzunlar oxuyur, oynayır, ürək sözlərini bölüşür, kövrəlir, qəhqəhə çəkir, zarafatlaşır... Gün onlarındır. Tortlar üstündə adları yazılıb, fotoları həkk olunub. Divarlarda oxuyuruq: “Əlvida, məktəb illəri”. Əllərindəki şüarlara baxırıq: “Axır ki məzun olduq!”, “Hər şey bəhanə, tələbəlik şahanə”.

Məktəblə vidalaşan, dünənə kimi şagird olan yeniyetmələrə yanaşırıq. Arzular eynidir: “Ali məktəbə qəbul olmaq, tələbə olmaq”, “Yaxşı iş tapmaq, uğurlu karyera qurmaq”.

____________________________________________________________

Bunlara da bax:
Rusiya şərti olaraq çempionatdan xaric edildi
Müraciətə baxmayanlara cərimə

____________________________________________________________

Valideynlər də sevincəkdirlər. Onların ürəyindən keçən də eynidir: “Məktəbi bitirən uşaqlarımız instituta qəbul olunsunlar. Müəllimləri də çox sağ olsunlar, əziyyət çəkiblər. Mən Ramilin anasıyam, idmanda qızıl medallar qazanıb. O gün olsun, Ramil qızıl medalların davamını gətirsin, məktəbinin başını hər zaman uca etsin”.

“OĞLUM HİRSLƏNƏR”

Bir başqa valideyn də ona qoşulur: “Mən də deyirəm ki, hamısı ali məktəbə girsin, tələbə olsunlar”.

Valideynlərdən biri isə susmağa üstünlük verir: “Müsahibə versəm, oğlum hirslənər”.

Məktəbin direktoru, tədris hissə müdiri isə danışmaq istəmir, bizi məktəbdən uzaqlaşdırırlar.

Ətraf məktəblərdə son zəng günü ilə bağlı tədbirlərin səsi gəlir. Şeirlər söylənir, çıxışlar edilir, kövrələnlər, səsi qırılanlar var. Zarafat deyil, bu gün onlar 11 il oxuduqları məktəblə vidalaşırlar, quş yuvanı tərk edən kimi...

Buna da bax: Filippində kanadalı girov öldürüldü

Günün bütün mövzuları

XS
SM
MD
LG