Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:38

SOCAR Avstriyanın enerji şirkəti “OMV”nin Türkiyədəki törəməsi “OMV Petrol Ofisi A.Ş.”nin İzmirin Əliağa rayonundakı neft terminalını satın alır.

Şirkət rəhbərliyi bununla bağlı “OMV Aktiengesellschaft” ilə razılığa gəlib. Bu haqda AZƏRTAC xəbər verir.

Xəbərdə bildirilir ki, SOCAR bir qrup başqa beynəlxalq investorla birgə “OMV Aktiengesellschaft” ilə razılıq əldə edib.

Satın alınması razılaşdırılan həmin obyektlərin 2012-ci ildə təməli qoyulan və 2018-ci ildə istismara veriləcək “Star” neft emalı zavodundan ötrü saxlama və nəqletmə bazası kimi istifadə ediləcəyi bildirilir.

Buna da bax: SOCAR Petkim-dəki payının bir hissəsini satıb

Şirkət razılaşmanı “Star” zavodunun əvvəlcədən nəzərdə tutulmuş inkişaf strategiyası üzrə növbəti addım kimi təqdim edib. Terminal 200 min kubmetr maye yanacaq və 45 min kubmetr mayeləşdirilmiş neft qaz (LPG) saxlamaq tutumuna malikdir.

Bununla da, SOCAR-ın Türkiyə iqtisadiyyatına yatırdığı investisiyaların həcminin 18 mlrd. dollara çatacağı bildirilir.

SOCAR 2008-ci il mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

Günün bütün mövzuları

XS
SM
MD
LG