Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:09

SOCAR Petkim-dəki payının bir hissəsini satıb


"Petkim Petrokimya Holding"in loqosu

"Petkim Petrokimya Holding"in loqosu

“SOCAR Türkiye Enerji”nin “Petkim Petrokimya Holding”dəki payının bir hissəsinin satdığı bildirilir.

APA-nın xəbərinə görə, satılan pay 1,67 faiz təşkil edir.

Şirkət bildirir ki, birjada satılan səhmlərin nominal dəyəri 4,57 lirə, səhmlərin sayı isə 25 milyon ədəddir.

“Bununla da “SOCAR Türkiye Enerji”nin payı 56,32 faizdən 54,65 faizədək azalıb”, açıqlamada bildirilir.

“Petkim”in əsas səhmdarı SOCAR-dır.

“Petkim” Türkiyədə fəaliyyətə 1970-ci ildə başlayıb. 2008-ci il mayın 30-da keçirilmiş hərracda “Petkim Petrokimya Holding A.Ş.”nin səhmlərinin böyük hissəsini 2 milyard 40 milyon dollara “SOCAR&Turcas Enerji A.Ş.” əldə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG