Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:58

Metanol zavodunun SOCAR-ın olmağına bircə addım qaldı


SOCAR
SOCAR

Dövlət Neft Şirkəti noyabrın 4-də «SOCAR-Methanol» MMC yaradıb. Ekspertlər deyirlər ki, Azərbaycan Metanol Şirkətinin («AzMeCo») Qaradağ rayonundakı metanol zavodu növbəti mərhələdə məhz bu şirkətin idarəetməsinə veriləcək.

Yeni şirkətin rəhbəri həm də «köhnəsinin» direktorudur

Vergilər nazirliyinin məlumatına görə, yeni şirkətin ofisi SOCAR-ın Neftçilər prospektindəki köhnə binasındadır. Ona Elnur Elşad oğlu Mustafayev direktor təyin olunub. Bu şəxs həm də «Azərbaycan Metanol Ko.» şirkətinin rəhbəridir.

Bu günlərdə «Azərbaycan Metanol Ko.» MMC nizamnamə kapitalının 100 milyon ABŞ dollarından 550 min dollaradək azaldılması haqqında qərarını açıqlayıb. Mütəxəssislər bu vəsaitin Azərbaycan Beynəlxalq Bankına olan borcun bir hissəsinin bağlanmasına yönəldiləcəyini deyirlər.

Buna da bax:​ Ekspert: “Rusiyanın qaz inhisarçısı nala-mıxa döyməsin”

İstər SOCAR-da, istərsə «Azərbaycan Metanol Ko.» şirkətində metanol zavodu ətrafında son gəlişmələrə şərh verməyiblər.

Ekspert: «Bu zavodu SOCAR-a verəcəklər»

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban AzadlıqRadiosu-na deyib ki, hazırda bu zavodun SOCAR-ın mülkiyyətinə keçməsinə son hazırlıq işləri gedir:

«Zavodun neft şirkətinin sərəncamına keçməsi hələ onun fəaliyyətini tam bərpa edəcəyi anlamına gəlmir. Axı SOCAR indiyədək müəssisənin qazla fasiləsiz təminatına dair hər hansı açıqlama verməyib. Ara-sıra, zavodun özündən gələn xəbərlərə görə, müəssisə yenə fasilələrlə çalışır».

Buna da bax: Neft Emalı zavodunun modernləşməsi bahalaşır…

Zavod yay fəslində işləyir

2013-cü ilin dekabrında istifadəyə verilən metanol zavodu 2014-2016-cı illərdə yalnız yay aylarında - ölkədə təbii qaza tələbat azaldığı zaman məhsul istehsal edib. Ekspertlər ölkədə qaz hasılatının gələn il artmayacağını əsas gətirərək, prosesin hələ bir müddət belə davam edəcəyini söyləyirlər. İ. Şabanın fikrincə, qaz təchizatı normallaşdırılsa, zavod bir ildə 150 milyon dollar qazanıb borcunu, ən uzağı, 4 ilə bağlaya bilərdi.

SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov mediaya açıqlamasında ilin sonunadək metanol zavodunun neft şirkətinin mülkiyyətinə keçəcəyini demişdi:

«SOCAR məhkəmə qərarını gözləyir. Zavod, borclarına görə, “Aqrarkredit” bank olmayan kredit təşkilatının sərəncamına keçəcək. Bundan sonra zavod hərrac yolu ilə SOCAR-a satılacaq».

Buna da bax:​ 19 ildə 'Azəri-Çıraq-Günəşli' blokundan 412 milyon ton neft çıxarılıb

Zavod SOCAR-a yük olacaq?

Prosesin bu məcrada sürməsinə ekspertlər belə şərh verirlər ki, SOCAR, əslində, heç kəsə gərək olmayan bir yükə sahiblənəcək və zavodun tikintisi üçün götürülən kreditləri qaytarmağa məcbur qalacaq. Borcun indiki məbləği açıqlanmır. Zavodun tikintisinə ABB - 300 milyon, Avropa Yenidənqurma və İnkişaf Bankı isə $120 milyon dollar kredit ayırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG