Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:41

Noyabrın 7-də Bakı Fond Birjasında (BFB-də) naməlum investor SOCAR-ın 1122 istiqrazına 1 milyon 149 min 848 ABŞ dolları ödəyib.

Alqı-satqı iki şəxs arasında olub. Satan şəxs oktyabrın 14-də istiqrazları öz qiymətinə - min dollara almışdı. Birjada ticarət ona qısa müddətdə - 25 günə 1122 ədəd istiqrazdan 27 min 848 dollar qazanc götürmək imkanı verib. Gəlirlilik 2,48 faiz olub və indi bu faizlə heç bir bank əmanətçiyə gəlir ödəmir.

Buna da bax:​ SOCAR istiqrazlarına tələbat artıb?

Baha alıb, amma uduzmayıb

Müşahidəçilər bu investorun, yəni istiqrazları alan şəxsin hərəkətini birmənalı qarşılamırlar. Axı həmin gün birjada 65 ədəd istiqraz elə nominal qiymətinə - min dollara satılmışdı.

SOCAR istiqrazları illik 5 faizlə yerləşdirilib. Başqa sözlə, onun sahibi hər min dollarlıq istiqraza 50 dollar qazanc götürəcək. Beş ilin tamamında SOCAR 100 milyon dollar ödəməklə onları geri alacaq.

«Kapital Menecment» investisiya şirkətinin fond bazarı təhlilçisi Cəfər İbrahimli yerləşdirmə gedişində tələbin təklifi 2 dəfədən çox üstələməsini xatırladır və AzadlıqRadiosu-na SOCAR istiqrazlarının bazar dəyərinin yüksəlməsini həmin amilə bağlayır:

«İstiqrazı baha qiymətə alan şəxs istənilən halda uduzmur, çünki illik hesablamada 4,5 faizlik gəlir götürəcək».

Buna da bax:​ İstiqrazların gəlirini alan özü təyin edəcək

İndi istiqraz növbəsi bankların və şirkətlərindir

Hazırda yerli maliyyə bazarında təklif olunan qiymətli kağızlar (Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları və s.), əsasən, manatdadır. AzFinans İnvestisiya Şirkətində hesab edirlər ki, bazarda dollarla olan qiymətli kağızlara tələb var və banklar bu tendensiyanı dəyərləndirməlidirlər.

Həmin şirkətdə AzadlıqRadiosu-na deyiblər ki, dollarla 8-10 faizlə xarici öhdəlikləri olan kommersiya bankları yerli bazarda 5 faizlə dollar istiqrazları yerləşdirməklə, likvidlik problemini qısa və ortamüddətli dövrdə çözə bilərlər. Bu, banklara dollar öhdəliyi olan, indi ciddi maliyyə sıxıntısı yaşayan özəl şirkətlərə də aiddir.

Buna da bax: SOCAR 400 milyonluq da istiqraz buraxa bilər - 100 milyondan əlavə...

SOCAR istiqrazlarına tələbat artıb

SOCAR istiqrazları oktyabrın 14-də yerləşdiriləndən sonra BFB-də onların təkrar ticarəti üzrə 18 əqd bağlanıb. Ticarətin toplam dəyəri 7,5 milyon dolları aşır. Üstəlik, birjada 17 milyon 853 min dollar dəyərində SOCAR istiqrazları noyabrın 8-də ünvanlı şəkildə alınıb-satılıb. Bu, tərəflərin alqı-satqıdan öncə görüşüb-anlaşdıqları – qiyməti razılaşdırdıqları mənasına gəlir. Birjada isə alanla satan yox, onların təklifləri «görüşür» və qiymət uyğun gəlirsə, ticarət baş tutur.

Məlumatlı mənbənin AzadlıqRadiosu-na bildirdiyinə görə, SOCAR istiqrazlarının növbəti yerləşdirməsi gələn il olacaq. Şirkət istiqrazlarının emissiya prospektində 500 milyon dollarlıq qiymətli kağız buraxılacağı bildirilmişdi.

Buna da bax: SOCAR 100 milyon dollar borclanacaq

İstiqraz al, pullarıni «yu»

Mütəxəssislər istiqrazları çirkli pulları yumağın ən uyğun və təhlükəsiz yolu kimi də qiymətləndirirlər. Axı məbləğindən asılı olmayaraq, onların alınmasına sərf edilən vəsaitin mənbəyini soruşan yoxdur. Düzdür, Maliyyə Bazarlarına Nəzarət Palatası ticarətə vasitəçi kimi qatılan investisiya şirkətlərindən məbləği 20 min manatı aşan əqdlərin hesabatını istəyir. Amma indiyədək bu əqdlər üzrə çirkli pulların yuyulması faktı qeydə alınmayıb.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG