Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:56

SOCAR təqaüdləri üçün test imtahanı


İmtahan
İmtahan

-

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də ali məktəb tələbələri arasında SOCAR-ın təqaüd proqramına namizədlərin seçimi üçün test imtahanı keçirəcək.

Xəbəri TQDK yayıb.

Namizədlər aprelin 26-dan etibarən TQDK-nın internet səhifəsinə daxil olaraq «Namizədin imtahana buraxılış vərəqəsi»ni çap edə bilərlər.

Onlar imtahana özləri ilə şəxsiyyət və buraxılış vərəqəsini gətirməlidirlər.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və s. yardımçı vasitələr aşkar olunan namizədlər prosesdən kənarlaşdırılacaqlar.

Qeydiyyat SOCAR tərəfindən aparılıb. İndiyədək 1570 nəfər qeydiyyatdan keçib.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edirlər. Müsahibəni SOCAR-ın məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

Layihə 2004-2005-ci tədris ilindən etibarən reallaşdırılır.

XS
SM
MD
LG