Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:28

Məscidlərə pulsuz qaz...


Təzə Pir məscidi (arxiv fotosu)
Təzə Pir məscidi (arxiv fotosu)

Bu il ölkədəki 354 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün limit ayrılıb. Bu xəbəri «Report» «Azəriqaz» İstesalat Birliyinə istinadən yayıb.

Hələ ötən il SOCAR prezidenti R. Abdullayev demişdi ki, Gürcüstandakı bütün ibadət ocağını onlar pulsuz qazla təmin edirlər. Bu addımı prezident İlham Əliyevin humanizmi kimi dəyərləndirən SOCAR prezidentinin sözlərinə görə, həmin ibadət ocaqlarının arasında Gürcüstandakı erməni kilsələri də var. O vaxt bu ictimaiyyət arasında sərt tənqid ilə qarşılaşmışdı. Hazırda həbsdə olan «Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırzadə sual edirdi ki, həmin humanizm Nardaran əhalisinə niyə göstərilmir.

Həmçinin dinlə:
Qəribə adam - Baba Mahmudoğlu ("İz" proqramı)
XS
SM
MD
LG