Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:23

Bu ilin oktyabrında Dövlət Neft Şirkəti (SOCAR) dövlət büdcəsinə 125 milyon 345 min manat vəsait ödəyib.

Şirkətdən verilən məlumata görə, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 10 milyon 686 min manat və ya 7,85 faiz azdır.

SOCAR-dan ümumiyyətlə, bu ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 150 milyon 172 min manat vəsait ödənilib. Bu da ötən ilin on ayı ilə müqayisədə 121 milyon 104 min manat və ya 9,53 azdır.

Buna da bax: SOCAR-ın istiqraz bazarından nə xəbər?

Bundan əlavə, bu ilin oktyabrında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF-yə) 12 milyon 207 min manat vəsait köçürüb. Bu göstərici isə ötən ilin eyni ayı ilə müqayisədə 1 milyon 13 min manat və ya 9,04 faiz çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında SOCAR-ın DSMF-yə ödənişi 119 milyon 370 min manat təşkil edib . Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3 milyon 953 min manat və ya 3,42 faiz çox dur.

Şərhləri göstər

XS
SM
MD
LG