Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:03

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Afrikadakı Ivory Coast LNG konsorsiumuna qoşulub.

Bu haqda Trend xəbər verir.

Xəbərə görə, SOCAR Konsorsiumda 26 faizlik iştirak payı əldə edib.

Konsorsiumun operatorunun Fransanın Total şirkəti olduğu bildirilir.

Buna da bax:​ SOCAR-ın büdcəyə ödənişləri azalıb

“Ivory Coast LNG” konsorsiumu Fil Dişi Sahilində mayeləşdirilmiş təbii qaz terminalının tikintisi məqsədi ilə yaradılıb.

Bir həftə əvvəl Total şirkətinin rəhbəri Azərbaycanda səfərdə olmuşdu. Total-ın rəhbəri prezident İlham Əliyevlə və SOCAR-ın prezidenti Rövnəq Abdullayevlə Xəzərdəki “Abşeron” yatağında əməkdaşlığa dair müzakirələr də aparmışdılar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG