Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 10:42

Şirkətlərdən biri smartfonla kompüteri yönəltməyə imkan verən xidmətini istifadəyə verib.

«VPInput» adlanan proqram «Mac» və «Windows» əməliyyat sistemiylə çalışan kompüterləri dəstəkləyir.

Proqram həm kompüterdə, həm də telefonda quraşdırılır. Smartfon kompüterə Bluetooth-la qoşulur.

«VPInput» xidmətiylə klaviatura və mausla smartfonu işlətmək olar. Ayrıca interfeys məlumatı birbaşa kompüterdən yazıb-göndərməyə imkan verir. Proqramdan yararlanaraq, cihazların mübadilə buferindəki mətnləridə bir-birinə ötürmək mümkündür.

Bu xidmət smarfonda olan mobil proqramların birindən digərinə keçərkən də kompüterdən yararlanmağa imkan verir. Bu zaman klaviatura kombinasiyalarından istifadə olunur.Məsələn, Ctrl+F1 tıklamaqla, kompüterin ekranında «WhatsApp»ı açmaq, mesaja cavab yazmaq olar.

XS
SM
MD
LG