Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:43

Smartfonu ekrana toxunmadan işlədə biləcəksən


O6
O6

-

Ekrana baxıb-toxunmadan smartfonu idarə etməyə imkan verən qurğu hazırlanıb.

Bu yeni qurğunu «Fingertips lab» startapı tanıdıb.

Çəkisi 10 qram olan halqa formalı qurğu maşın sürərkən, idman edərkən və ya gəzərkən mobil telefondan istifadəni asanlaşdıracaq.

«O6» adlanan bu cihazla smartfonun ekranına baxmadan səslə, jestlə və ya elə bir neçə sadə düyməni basmaqla proqramları açmaq, musiqiyə qulaq asmaq, səsli mesaj və e-mail-ləri dinləyib cavablamaq olar.

Qurğu xırdaölçülü radioları xatırladır. Onu qolbaq kimi taxmaq, avtomobilin sükanına və ya geyimə bərkitmək olar.

Cihaz bluetooth-la smartfona bağlanır. Mərkəzindəki halqayla nəyisə dinləyib dayandırmaq, kənarını fırlatmaqla dəyişmək mümkündür. Daxilində akselerometr var.

İstehsalçıların iddiasına görə, içərisindəki akkumulyatorla 10 gün çalışa bilər.

Qurğu, hələlik, «iPhone» və «iPad»ları dəstəkləyir. Ancaq «Android» platforması üçün də hazırlanacağı bildirilir.

İndi «O6»nın istehsalından ötrü «Kickstarter» platformasında vəsait toplanır.

XS
SM
MD
LG