Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 03:53

Massaçusets Texnologiya İnstitutunun doktorantları və «Microsoft» tədqiqatçıları birgə çalışaraq, müvəqqəti «ağıllı» tatu hazırlayıblar.

«Duoskin» adlanan bu texnologiya ilə dəri interfeysə çevrilir.

Tatu dəriyə zərər verməyən, ucuz qızılı və metal liflərdən hazırlanıb.

«Ağıllı» döymədən üç cür faydalanmaq olar. Onunla kompüter, smartfon, planşet kimi cihazları idarə etmək mümkündür.

Xarici interfeyslə tatu ekrana çevrilə, dərinin temperaturuna görə, rəngini dəyişə bilər.

Bu tatular simsiz «NFC» texnologiyasından yararlanaraq, başqa cihazlarla bağlantı qurmağa, məlumat ötürməyə imkan verir.

Texnologiyanı düşünənlər bildirirlər ki, istifadəçinin istəyinə uyğun olaraq, tatudöymə üzüyə, biləkliyə çevrilə biləcək.

Yenilik taxılabilən «ağıllı» cihazlara (saat, qolbaq) rəqib kimi düşünülüb.

XS
SM
MD
LG