Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:37

Dövlət müəssisələrində smartfon və planşetdən istifadə etmək olmaz


arxiv foto
arxiv foto

-

Kazaxıstanda dövlət müəssisələrində smartfon və planşetdən istifadə qadağan edilib.

Yerli media yazır ki, qadağa foto və videokamerası olan, internetə bağlana bilən mobil cihazlara şamil edilib. Qadağa hələ ki, yalnız zəng edə və zəngə cavab verən, SMS göndərilməsi mümkün olan“sadə” telefonlara aid edilməyib.

Dövlət idarələrində smartfon və planşetdən istifadə etməmək tapşırığını baş nazir hələ martın əvvəlindən verib. Tədbir informasiya təhlükəsizliyi ilə əlaqələndirilir.

Maraqlı burasıdır ki, bu xəbərin özü elə mobil messencerlərlə yayılıb: Tengrineys yazır ki, hökumıtin qərarı WhatsApp-da yayılıb.

NAZİRLƏR QƏRARI ƏSASLANDIRIRLAR

Nazirlər belə bir qərar verildiyini təsdiqləyiblər. Bildiriblər ki, işdə smartfon və planşetdən istifadə qadağan edilib və onlar bununla, sadəcə, baş nazirin təşəbbüsünü dəstəkləyiblər.

Daxili işlər naziri Kalmuxanbet Kasımov: “Bəli, belə bir qərar verilib. Bizim xidmət operativlik tələb edir. Bizdə çoxlu məxfi məsələlər var. Onlara çıxış yoxdur. Biz bu qərara qədər də öz iclaslarımızda, demək olar ki, bu cihazlardan istifadə etmirdik”.

Səhiyyə naziri Tamara Dyusenov: “Bu təcrübə bir çox hakimiyyət qurumunda yayılıb. Hesab edirəm ki, bu, normaldır. Bu o mənanı vermir ki, biz telefondan heç istifadə etmirik. Ancaq işə gələndə telefonu təyin olunmuş yerdə qoymaq lazımdır, çıxanda isə hər kəs telefonunu götürür”.

İdman və mədəniyyət naziri Arıstanbek Muhammedoulu: “Dünya sürətlə dəyişir və bu tələb başqa ölkələrdə də var. Təhkükəsizliyə hesablanıb. Dövlət orqanları məxfi informasiyalar daşıyır. Əlbəttə ki, bu məhdudiyyət əsaslandırılır. Bu, dünyada mövcud təcrübədir. Kazaxıstanda da bu təcrübə öyrənilib və belə bir qərar verilib. Biz buna əməl etməliyik”.

TƏCRÜBƏ RUSİYADAN GƏLİB?

arxiv foto
arxiv foto

Məmurların xarici kommunikasiya vasitələrindən istifadəsinin qadağasına cəhd Rusiyada olub. 2015-ci ili avqustunda Rusiyanın Təhlüləsizlik Şurasının katibi Nikolay Patruşev tələb edib ki, ölkənin dövlət idarələrində istifadə olunan Google, Yahoo və WhatsApp kimi xidmətlərlə bağlı tədbirlər görülsün. O, fikrini onunla əsaslandırıb ki, xarici internet xidmətləri təhlükə daşıya bilər və düşmənə məxfi məlumatlar ötürə bilər.

XS
SM
MD
LG