Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:32

Smatfonlar bitkidən enerji yığacaq


Texnoloji sistem elə qurulub ki, bitkiyə zərər toxunmur.

Texnoloji sistem elə qurulub ki, bitkiyə zərər toxunmur.

-

Bitkidən elektrik enerjisi alan saxsı hazırlanıb.

«Bioo Lite» adlanan qurğu fotosintezdən yaranan enerjini elektrikə çevirir.Görünüşcə adi saxsıdan fərqlənməyən cihaz fotosintez zamanı sərbəst qalan elektronları tutaraq enerjiyə çevirir.

İstifadədən öncə saxsıya bir az su tökülür, sonra torpaq və bitki yerləşdirilir. Saxsıda daş formasında hazırlanmış USB girişinə adapter taxılır və smartfona qoşulur.

Cihazın elektrik təminatı adi USB-dən alınan enerji qədərdir və qurğu smartfon batareyasını 8 saata doldurur. Texnoloji sistem elə qurulub ki, bitkiyə zərər toxunmur.

Layihəni gerçəkləşdirməkdən ötrü «Indiegogo»da dəstək toplanır. 15 min avroluq hədəf artıq 3 qatı aşaraq 50 min avroya çatıb.

Şərhləri göstər

XS
SM
MD
LG