Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:48

İndi «PayPal» hesabına qoşulub, alış-veriş etmək mümkün olacaq. «Samsung» şirkəti «ağıllı» televizorlarına yeni xidmət artırıb.

Şirkət «Checkout on TV» ödəmə sistemini tanıdıb.

Sistem TV-dən «PayPal» hesabına qoşularaq, alış-veriş etməyə imkan yaradır. İstifadəçilər bu yolla müxtəlif proqram, oyun, əşya və xidmətlər ala bilərlər.

Yenilikdən 2014-cü ildən bəri buraxılan «Samsung» televizor modellərində faydalanmaq mümkün olacaq. Sistem 53 ölkədə işləyəcək.

Televizordan alış-verişə addım atan ilk şirkət «Apple»dır. Şirkət bənzər özəlliyi ötən ay tanıdıb. «Amazon»un da «Fire TV» platformasından satın almağa imkan verən sistemi var.

XS
SM
MD
LG