Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:09

Qurban Qurbanov: 'Bizi çətin oyun gözləyir'


Qurban Qurbanov
Qurban Qurbanov

Bu gün - iyulun 26-da Azərbaycanın Çempionlar Liqasındakı yeganə təmsilçisi «Qarabağ» III təsnifat mərhələsində ilk oyununa çıxacaq. Bu dəfə Azərbaycan təmsilçisinin rəqibi Çexiyanın «Viktoriya Plzen» klubudur.

Oyun Çexiyada keçiriləcək.

Qarşılaşma Bakı vaxtı ilə 22:15-də Plzen şəhərinin «Dusan Arena» stadionunda oynanılacaq.

«Qarabağ» klubunun saytının verdiyi xəbərə görə, qarşılaşma öncəsi baş məşqçisi Qurban Qurbanov deyib ki, «Viktoriya Plzen» tarixi olan klubdur: «Rəqibimiz güclüdür, yaxşı futbolçulara malik komandadır, istənilən halda bu cütlüyün favoriti sayılır. Ardıcıl üçüncü ildir ki, bu mərhələdə mübarizə aparırıq. «Viktoriya Plzen»i ötən il Avroliqanın qrup mərhələsində qarşılaşdığımız «Monako», «Anderlext» və ya «Tottenhem»lə müqayisə etməzdim, rəqibimiz özünəməxsusluğu ilə seçilir. Bizi çətin oyun gözləyir. Bu oyuna yaxşı hazırlaşmışıq. İnşallah, bizə xeyirli və uğurlu olan nəticəni qazanmağa çalışacağıq».

Çempionlar Liqasının II təsnifat mərhələsində «Qarabağ» Lüksemburq təmsilçisi «Düdelanj»ı mübarizədən kənarlaşdırmışdı. Bakıda rəqibinə 2:0 qalib gələn «Qarabağ» cavab qarşılaşmasında 1:1 hesabı ilə heç-heçə ilə kifayətlənmişdi.

XS
SM
MD
LG