Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:24

YAP-dan 'rüşvət' açıqlaması


Siyavuş Novruzov
Siyavuş Novruzov

►“Luka Volonte Azərbaycanı sevir və müdafiə edir. Bunun üçün mütləq rüşvət almalıdır?...”

“Azərbaycanın italiyalı deputat Luka Volonteyə rüşvət verilməsi ilə bağlı iddia yalandır”.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov italyan deputat Luka Volonteyə 2013-cü ildə Azərbaycan hökumətinin 2 milyon 390 min avro həcmində rüşvət verməsi barədə iddiaları şərh edərkən belə deyib.

“Azərbaycan hökumətinin italiyalı deputat Luka Volonteyə rüşvət verməsini hansı əsasla yazırlar? Kimsə, Azərbaycanın marağını müdafiə edirsə, ölkəmizin xeyrinə söz deyirsə, dərhal erməni lobbisinə işləyənlər onu şantaj edirlər. Burada da məqsəd həmin insanların Azərbaycanın haqq işinə verdiyi dəstəyi əngəlləməkdir”, S.Novruzov Report-a deyib.

S.Novruzov qeyd edib ki, L.Volonten sevgisindən Azərbaycanı müdafiə edib:

"Onun ölkəmizlə əlaqələri də ola bilər. Bu şəxs Azərbaycanı sevir və müdafiə edir. Bunun üçün mütləq rüşvət almalıdır?! Bu, hansı məntiqə sığır?! Bütün bu iddialar yalandır".

YAP icra katibinin müavinin sözlərinə görə, Azərbaycanın daxilində də yalan məlumat yayanlar var.

“Bəzi mətbu orqanlar iddia edirdi ki, ukraynalı deputatlar İlqar Məmmədovun azadlığa çıxmasını tələb edirlər. Bu, tamamilə yanlış informasiyadır. Onlar İlqar Məmmədovu tanımırlar. Azərbaycandan qrant oğurluğuna, vergidən yayındığına görə, qaçan bir qrup adam lövhələr hazırlayıblar. Avropa Birliyinin binası qarşısından keçən deputatlara da deyirlər, şəkil çəkdirin. Deputat da bilmir ki, şəkildəki kimdir. Sonra da deyirlər, filan ölkənin deputatları İlqar Məmmədovu müdafiə etdilər. Bunlar bu qədər saxta və iyrənc əməllərlə məşğuldurlar. Bu işdə onlara Əli Kərimli və Milli Şura kimi dərnəklər də dəstək verirlər”, - Siyavuş Novruzov bildirib.

____________________________________________________________

Bunlara da bax:
Xədicə İsmayıl: «Bu, sizin də başınıza gələ bilər»
Təcili Tibbi Yardımda - [karikatura]

____________________________________________________________

İtaliyanın Il Fatto Quotidiano və La Provincia qəzetlərində yazılanlara görə, deputat Luka Volonte-yə Azərbaycanla bağlı 2 milyon 390 min avro həcmində rüşvət ittihamı ilə cinayət işi açılıb.

Qəzetlərdə yazılırdı ki, 2013- cü il yanvarın 23-də Avropa Şurasının Parlament Assambleyası Almaniyadan olan deputat Strässer-in “Azərbaycanda 85 siyasi məhbus”la bağlı hesabatını 79 lehinə, 128 əleyhinə səslə qəbul etməyib.

Qəzetlərdə yazılanlara görə, prokurorluğun ittihamnaməsində qeyd edilir ki, bu qərar o zamanlar Parlament Assambleyasının sədr müavini olan Luka Volonte-nin “xarici dövlətin siyasi maraqlarını qorumaq» məqsədilə 2 milyon 390 min avro rüşvət alması hesabına təmin edilib.

Qəzetlərin bildirməsinə görə, prokurorların ittihamında həmçinin deyilir ki, bu rüşvət Azərbaycandakı «Baktelekom» MMC adlı telekommunikasiya şirkətinin kassasından mədaxil edilib. Pul köçürmələrində Britaniyanın «Polux Management LP» və Estoniyanın «Danske Bank»ı iştirak edib.

Habelə iddia olunur ki, Luka Volonte-yə pulların təhvil verilməsində Azərbaycandan olan deputat Elxan Süleymanov və onun Müslüm Məmmədov kimi həmkarları vasitəçilik ediblər.

Buna da bax: Avropa Komissiyasının sədrindən britaniyalı deputatlara atmaca

Avropa Komissiyasının sədrindən britaniyalı deputatlara atmaca
Gözlə

No media source currently available

0:00 0:01:17 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 28 iyun

Azərbaycanda 300 dollara nə biznes qurmaq olar?
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 28 iyun

Azərbaycanlıları İŞİD-ə aparan səbəblər
XS
SM
MD
LG