Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:17

«Həccə o insan getməlidir ki, buna tam hazır olsun. Amma hazırda ora turist kimi gedən də var, kiminsə pul verib göndərdikləri də».

Bunu Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov APA-ya müsahibəsində deyib.

Deputat vurğulayıb ki, Həcc hər bir müsəlmanın istəyidir. «Müsəlmanın iki vətəni var. Bir doğulduğu yer, bir də Məkkədir. Təəssüf ki, Həclə bağlı qaydalar bizdə düzgün yerinə yetirilmir. Çünki hər şeydən əvvəl Həccə hər kəs öz vəsaiti hesabına getməlidir. Amma bizdə biri bankdan pul oğurlayır və onunla Həccə gedir, yaxud o pulla kimisə Həccə göndərir. Kiminsə boğazından kəsib, kimisə Həccə göndərir. Bu, nə dərəcədə düzgündür? Çox adam tanıyıram ki, Həcdən qayıdandan sonra heç bir əməli yerinə yetirmir»,-deputat qeyd edib.

S.Novruzov keçmiş prezident Heydər Əliyevin vaxtında Həcc ziyarəti ilə bağlı bir hadisəni də xatırlayır: «Mən xatırlayıram, o vaxt ümummilli lider Heydər Əliyevə Səudiyyə Ərəbistanı Kralı 300 yer vermişdi. Ondan 30 yer partiyamıza ayırdı. Bizə tapşırdı ki, partiyadan mömin olan, imkanı olmayanı göndərək. Onu o vaxt partiyada mən müəyyənləşdirirdim. Həmin vaxt o qədər adam mömin çıxdı ki, seçim etmək çətin oldu. Amma biz axtardıq, seçdik, elə adamları göndərdik ki, həm imkanı yox idi, həm də həqiqi mömin kimi gedirdi».

Deputat özünün də Həcc ziyarətinə getmək istədiyin deyib: «Həccə getmək mənim böyük arzumdur. Amma, hələ, buna hazır deyiləm. Oruc tuturam, başqa müəyyən dini ritualları yerinə yetirirəm. Amma Həccə getməyə, hələ, hazır deyiləm...».

Azərbaycanlı zəvvarlar həcc ziyarətinə yollandılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG