Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:14

«Azərbaycanda hərc-mərclik dövründə xeyli adama veteran vəsiqəsi verilib. Amma haqqı olanlar bu vəsiqəni ala bilməyib».

«Report»un xəbərinə görə, bunu Milli Məclisin (MM) oktyabrın 14-də keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun bildirməsinə görə, bu məsələ ilə bağlı Komitəyə xeyli müraciət daxil olub: «Elə şəxslər var ki, qəhrəmancasına döyüşüb, amma bu gün də veteran vəsiqəsi ala bilməyib. Bəziləri isə müharibədə iştirak etmədiyi halda veteran vəsiqəsi alıb. Yəni veteran vəsiqəsi paylanılıb, onların sayı o qədər çoxdur ki...».

S.Novruzov bildirib ki, bu məsələ müzakirə olunmalı, tədbir görülməlidir: «Hər kəs haqqını almalıdır».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG