Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:26

Nazirlikdən jurnalistlərə xəbərdarlıq


Müdafiə Sənayesi Nazirliyi Şirvan şəhərindəki «Araz» zavodunda baş verən partlayışla bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, hadisənin araşdırılması məqsədilə yaradılan Dövlət Komissiyası öz işini davam etdirir.

«Hadisənin nəticələrinin aradan qaldırılması işlərinə başlanılıb. Hadisə zamanı xəsarət alan iki nəfərin müalicəsi davam etdirilir»,- açıqlamada bildirilir.

Məlumatda qeyd edilir ki, bəzi kütləvi informasiya vasitələri həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar yayırlar.

«Bu da heç bir jurnalist etikasına sığmır. Bir daha qeyd edirik ki, məsələ ilə bağlı məlumat yayarkən nazirliyin mətbuat katibliyindən verilən məlumatlara istinad edilməlidir. Əks halda nazirlik öz hüquqlarını qorumaq üçün müvafiq qaydada məhkəmə orqanlarına müraciət edəcək»,-deyə Müdafiə Sənayesi Nazirliyi xəbərdar edir.

İyulun 26-da Şirvan şəhərindəki «Araz» zavodunda partlayış baş vermişdi. Müdafiə Sənayesi Nazirliyi əvvəlcə bildirdi ki, hadisə nəticəsində heç kim ölməyib. Sadəcə, 11 nəfər yüngül xəsarət alıb. Ancaq sonradan rəsmən açıqlandı ki, 2 nəfər ölüb, 24 nəfər müxtəlif dərəcədə yaralanıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG