Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:17

Özbəkistanın Ə.Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş «Sirlər xəzinəsi» kitabının təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, özbək dilində «Maxzan ul-asror» adlanan kitab Daşkənddəki Azərbaycan səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə «Kamalak» nəşriyyatında çap olunub.

«Maxzan ul-asror»ı özbək dilinə xalq şairi Camal Kamal çevirib.

Kitabın redaktoru Erqaş Oçilovdur.

Təqdimat mərasimində Özbəkistanın tanınmış ədəbiyyat adamları, elm, təhsil müəssisələrinin nümayəndələri, Universitetin müəllim və tələbələri, Azərbaycan səfirliyinin və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.

«Maxzan ul-asror» kitabı Özbəkistan kitabxanalarına, ali məktəblərinə, tədris müəssisələrinə hədiyyə olunacaq.

2015-ci ilin dekabrında Nizami Gəncəvinin «Xəmsə»sinin özbək dilinə tərcüməsinə dair Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə Camal Kamal arasında razılıq əldə edilib.

Anlaşmaya görə, 2018-ci ilə qədər bütün işlər tamamlanmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG