Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:28

Meydan TV» ilə əməkdaşlıq edən jurnalist, Şirin Abbasov oktyabrın 16-da azadlığa buraxılıb.

Bu barədə AzadllqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, saat 7 radələrində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ona jurnalistin azad olunduğunu bildiriblər.

Qeyd edək ki, Yasamal rayon Məhkəməsinin jurnalist barədə çıxardığı 30 sutka inzibati həbs cəzası oktyabrın 16-da başa çatır, amma jurnalistin buraxılması ləngidilirdi.

Şirin Abbasov sentyabrın 16-dan yoxa çıxmış, yalnız bir sutkadan sonra onun yaxınlarına Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı və polisə müqavimətə görə 30 sutka inzibati həbs olunduğu bildirilmişdi. Amma bu barədə məhkəmə qərarı yaxınlarına və vəkili Elçin Sadıqova təqdim olunmamışdı. Vəkil uzun müddət jurnalistlə görüşə buraxılmamış, hətta Şirin Abbasovun guya ondan imtina etdiyi bildirilmişdi. Yalnız Elçin Sadıqovun paytaxtdakı bütün rayon məhkəmələrinə sorğularından bəlli oldu ki, jurnalist barədə həbs qərarını Yasamal rayon Məhkəməsində hakim Anar Rzayev verib.

Oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsi də jurnalistin şikayətinə baxıb və birinci instansiya məhkəmənin çıxardığı qərarı qüvvədə saxlayıb. Məhkəmədə iştirak edən Şirin Abbasov deyib ki, ona qarşı qaldırılan «ünvansız söyüş söymə» və «polisə müqavimət» ittihamları tamamilə əsassızdır. Jurnalistin vəkili Elçin Sadıqov bildirib ki, Şirin Abbasov barəsində inzibati həbs qərarından Avropa Məhkəməsinə şikayət olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG