Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:25

Deputat: ‘Siqareti universitetlərin dəhlizlərində çəkirlər’


Siqaret qadağası

Siqaret qadağası

“Bu gün istisnasız olaraq bütün dövlət və özəl ali məktəblərdə görürsən ki, siqareti universitetlərin dəhlizlərində çəkirlər. İnanın ki, adamın ürəyi bulanır”.

Modern.az-ın xəbərinə görə, bunu deputat Hüseynbala Mirələmov deyib.

Deputat hesab edir ki, belə hallara görə, televiziyalarda siqaretin reklamının qarşısı alınmalıdır.

Buna da bax:​ Elektron siqaretlərin də reklamına qadağa

“Siqaret 2-ci və 3-cü sinifdə oxuyan uşaqlardan başlayaraq qızlarımızın, uşaqlarımızın səhhətini korlayır. Azərbaycan mentalitetinə uyğun olmayan bir şeydir. Televiziyalarda siqaretin reklamının qarşısı alınmalıdır”, H.Mirələmov bildirib.

Hüseynbala Mirələmov

Hüseynbala Mirələmov

Deputat universitetlərdə siqaret çəkən tələbələrin cərimələnməsinin də vacibliyini vurğulayıb. O, Türkiyəni nümunə göstərib.

“Türkiyədə hətta taksidə yazılıb ki, siqaret çəkmək olmaz, əks təqdirdə 60 lirə cərimə olunacaqsan. Onlar bu cəriməni tətbiq edirlər də. İctimai yerlərdə siqaret çəkənlərə bizdə cərimələr var. Amma buna əməl edilmir, cərimələr yazılmır. Əgər, biz təqaüdlə dolanan tələbəni ictimai yerlərdə siqaret çəkdiyinə görə cərimə etsək inanın ki, o ümumiyyətlə siqareti də tərgidər”, deputat deyib.

Buna da bax:​ Siqaretə məhdudiyyət qoyula bilər

Ölkə parlamenti siqaretin reklamına qadağa qoymaq istəyir. Milli Məclisin aqrar siyasət komitəsi noyabrın 3-də bununla bağlı müvafiq qanunvericiliyə təklif olunan dəyişiklik paketini bəyənib.

Layihədə tütün, siqaret alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan olunur. Bundan ötrü qanuna 20.1.5-ci maddə əlavə edilir.

Qanunun 20.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, tütün və tütün məmulatının, onun ləvazimatlarının, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların da reklamı qadağan edilir. Həmçinin, tütün və tütün məmulatı istehsalı, satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.

Buna da bax:

XS
SM
MD
LG