Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:24

Siqaret bahalaşdı


Siqaret
Siqaret

Ölkədə siqaretlərin qiymətləri bahalaşıb. Artım 10-30 qəpik arasındadır.

Bakı mağazalarından bildiriblər ki, bahalaşma barədə tam dəqiq bilgiyə sahib deyillər. Ancaq çox güman ki, günün sonunadək artırılmış dəqiq qiymət cədvəlləri onlara çatdırılacaq.

Bununla belə, bəzi marketlərdə siqaretlər artıq baha qiymətə satılır. Şərifzadə küçəsində yerləşən marketlərdən birində adını açıqlamayan satıcı bildirib ki, indiyədək qiyməti 2 manatadək olan siqaretlər 20 qəpik bahalaşıb. 2 manatdan baha olan siqaretlərin qiyməti isə 30 qəpik artıb.

Siqaret istehsal edən müəssisələr, habelə əlaqəli dövlət qurumları bu bahalaşma ilə bağlı, hələlik, hər hansı açıqlama verməyiblər.

İqtisadçı ekspertlər isə deyir ki, bu, dünyada baş verən qiymət dəyişməsi ilə əlaqəli deyil. Onlar devalvasiyadan sonra bahalaşan siqaretlərin qiymətinin inzibati yolla aşağı salındığını yada salırlar.

İqtisadçıların fikrincə, məcburi şəkildə qiymət artımının qarşısını almaq çıxış yolu deyil. Əgər normal bazar, rəqabət olsaydı, qiymət artımından qaçmaq olardı.

Ötən il dekabrın 21-i Azərbaycanda baş verən devalvasiyanın ilk günü siqaretlərin qiyməti birdən-birə təqribən 50 faiz bahalaşmışdı. Halbuki, onda manat dollar qarşısında Azərbaycan Milli Bankının müəyyən etdiyi məzənnəyə görə, 47 faiz dəyərdən düşmüşdü. Ondan bir qədər sonra bəzi siqaretlər ucuzlaşmışdı.

Siqaretin qiyməti yenidən bahalanıb

Siqaretin qiyməti yenidən bahalanıb
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG