Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:12

Paradoksal vəziyyət: Siqaret gömrükdə ucuzlaşıb, satışda isə...


Siqaret satışı

Siqaret satışı

Son iki ildə siqaretin bahalaşması həm qaçaqmalçılığa rəvac verib, həm də bu zərərli vərdişə aludə olanlar daha az siqaret çəkməyə başlayıblar. Amma bir gerçək də diqqət çəkir: Transmilli siqaret istehsalçıları qiyməti artırsalar da, Azərbaycan gömrüyündə tam əks proses gedir - qiymət ucuzlaşır.

Gömrükdə bir qutu siqaret 32 sentə düşüb

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, bu ilin 9 ayında ölkəyə gətirilən siqaretin həcmi 18,7 faiz azalıb. Həmin dövrdə 359,2 milyon qutu – ötən ilin eyni dövründəkindən 82,5 milyon qutu az siqaret gətirilib. Bir qutu siqaret Azərbaycan gömrüyündə ) 0,32 dollara – 32 sentə rəsmiləşdirilib. Halbuki ötən il gömrüyün vergi və rüsumları hesablanarkən, bir qutu siqaretə, orta hesabla, 50,75 sent qiymət qoyulurdu.

Buna da bax:​ Siqaret bahalaşdı

Ekspert: «İdxalçılar gömrükçülərlə dil tapıblar»

Ölkələrarası ticarətdə «güzgü statistikasını» xatırladan iqtisadçı ekspert Qubad İbadoğlu AzadlıqRadiosu-na deyib ki, idxal əməliyyatlarında kənarlaşmaya səbəb olan iki amil var - qeydiyyatın olmaması və gömrük dəyərinin aşağı göstərilməsi. Bu da idxaldan dövlət büdcəsinə daxil olacaq vəsaitlərin azaldılmasına gətirib çıxarır:

«Əslində, keçən illə müqayisədə beynəlxalq bazarlarda siqaret nəinki ucuzlaşıb, əksinə bahalaşıb. Azərbaycan sərhədinə gəlib çatan siqaret, ən azı, eyni qiymətdə qalmalı idi. Söhbət eyni keyfiyyət və adda olan məhsuldan gedir. Görünür, idxalçılar gömrüklə «ümumi dil tapıb» və qiyməti aşağı sala biliblər. Bunun başqa izahını tapmaq çətindir».

Buna da bax:​ Tütünə sponsorluq və reklam qadağası

26 milyon dollar hara gedib?

AzadlıqRadiosu-nun hesablamalarına görə, qiymətin süni yolla azaldılması nəticəsində dövlət büdcəsindən, aksiz vergisi nəzərə alınmadan, 26 milyon dollar yayındırılıb. Beləliklə, idxalçılar həm qiymətin gömrükdə azaldılmasından, həm də malın bazarda bahalaşdırılmasından qazanırlar.

Cavabdeh qurumlar susur

Siqaret idxalı ilə məşğul olan şirkətlər, istehsalçıların Azərbaycandakı nümayəndəlikləri və DGK siqaretin «ucuzlaşmasını» şərh etmirlər. Siqaret idxalı, əsasən, 3 şirkətin («Krokus ltd», «İMEKS» və «AMD Trade») əlində cəmləşib. Qeyri-rəsmi məlumatlara görə, hər üç şirkət eyni çevrəyə aiddir və Milli Məclisin deputatlarından birinin nəzarətindədir.

Buna da bax:​ Reklama qadağa siqareti ucuzlaşdıra bilər

Siqaret, əsasən, Rusiya və Ukraynadan gətirilir

Bu il Rusiyadan (191,3 milyon qutu, 67,8 milyon dollarlıq), Ukraynadan (153 milyon qutu, 41,8 milyon dollarlıq), Almaniyadan (8,5 milyon qutu, 3,2 milyon dollarlıq), Birləşmiş Ərəb Əmirliklərindən (1,6 milyon qutu, 294 min dollarlıq) və Türkiyədən (4,3 milyon qutu, 1 milyon 871 min dollarlıq) siqaret gətirilib.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG