Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:50

Komitə sədri sərhəddəki növbələrdən danışdı


"Sınıq körpü"də 3-5 km-lik tıxaclar var...
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

"Sınıq körpü"də 3-5 km-lik tıxaclar var...

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanla-Gürcüstan sərhədində yerləşən «Sınıq Körpü» keçid məntəqəsində növbələrin yaranmasından danışıb.

A.Əliyev yanvarın 19-u keçirdiyi mətbuat konfransında bunu Gürcüstana alış-verişə gedənlərin çoxluğu ilə izah edib:

«Bir vaxtınızı sərf edin və Azərbaycandan Gürcüstan istiqamətində gedənlərə nəzər salın. Görün Azərbaycandan Gürcüstana gedənlər arasında bir kibrit aparan var? Gürcüstanda isə müəyyən işbazlar var ki, Azərbaycana gələnlərə «Pampers», siqaret verirlər və deyirlər ki, sizdə bunlardan yoxdur. Mən, hələ Gürcüstana ailəvi şəkildə alver məqsədilə gedənləri, gündə, ayda bir neçə dəfə sərhədi keçənləri demirəm. Təsəvvür edin, bu adamlar ailəvi şəkildə gündə bir neçə dəfə sərhədi keçirlər. Oradan icazə verilən normativdən artıq mal və məhsul gətirirlər».

Azərbaycanla Gürcüstan sərhədində yerləşən «Sınıq Körpü» keçid məntəqəsində tez-tez növbələr yaranır. Vətəndaşlar bunu, əsasən, Azərbaycan gömrükçülərinin süründürməçiliyi ilə izah edirlər. Üstəlik, onlar deyirlər ki, Gürcüstanda ərzaq Azərbaycanla müqayisədə ucuzdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG