Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:05

►Təqsirləndirilən şəxs deyir, icma rəhbəri dünyanın müxtəlif yerlərindən dağ yəhudilərinin göndərdikləri maddi yardımları mənimsədiyindən evinə basqın ediblər

“Üzlərində maska vardı. Başıma, sifətimə yumruqla vurdular. Pulların yerini soruşdular. Liza qışqırmaq istəyəndə onu bıçaqla vurdular. Əl-ayağımızı bağladılar. Pulların yerini soruşdular. Yəhudi dilində danışan həmin adam sinaqoqdakı seyfin açarlarını götürüb çıxdı. Evdə qalan iki nəfərsə otaqları axtardılar. Seyfi tapıb baltayla sındırdılar. Pulları, qızılları götürdülər. O pulların çox hissəsi xaricdə yaşayan övladlarıma məxsus idi”.

“Dağ yəhudiləri” icmasının rəhbəri Boris Simanduyev məhkəmə ifadəsində göstərib ki, evinə basqın nəticəsində seyfdən 395 min dollar, 91 min 600 manat, 28 min rubl, qızıl-zinət əşyaları və qızıl sikkələr götürülüb. Ona dəyən zərərin miqdarı yarım milyon manatı aşır.

Bakı Ağır Cinayətlər Məhkəməsində il yarım əvvəl Qubanın Qırmızı Sloboda kəndində baş vermiş soyğunun məhkəməsi davam edir. İyunun 23-də məhkəmə tərəflərin ifadələri ilə davam edib.

Bu məhkəmənin maraqçəkən tərəfi odur ki, oğrular əvvəl kənddəki sinaqoqu yarmaq istəyiblər, baş tutmadıqda dini icmanın rəhbərinin evini yağmalayıblar. Özü də elə ev sahibinin gözü qarşısında… “Dağ yəhudiləri” dini icmasının sədri Boris Simanduyev və onun ailə üzvləri isə təsadüf nəticəsində sağ qalıblar.

Müttəhimlər kürsüsündə Eldar Avadyayev, Xalid Seyidov, Coşqun Əliyev, Əfqan İbrahimov və Türkanə Rəhmanova əyləşib.

____________________________________________________________

Bunlara da bax:
«Dollar 1 manat 80 qəpiyə qədər bahalaşacaq»
Abid Şrifov: 'Onlar guya tarixi abidədir'

____________________________________________________________

“QIZILLARI GİROV QOYUB PUL GÖTÜRDÜM”

Təqsirləndirilənlərdən biri Eldar Avadyayev özü də dağ yəhudisidir. Onun ifadəsi maraqlıdır. Deyir, uzun müddətdir Qubada “Dağ Yəhudiləri” Dini İcmasının rəhbəri olan Boris Simanduyev müxtəlif ölkələrinin dağ yəhudilərinin sinaqoqa etdikləri maddi yardımları özündə saxlayır. Qəsəbə sakinlərinə xərcləmir, özü mənimsəyir. Ona görə də qərara gəlib ki, həmin pulları Borisin əlindən alsın:

“Onun yığdığı pullar bütün yəhudilərə məxsus olduğundan, Borisin evinə girib pulları ələ keçirmək qərarına gəlmişdim. Qəsəbədə yaşayan qohumum Zarbayıl Avadyayev vəfat etməmişdən əvvəl yaşadığı evin həyətində qızıl basdırdığını demişdi. Ancaq yaddaşı itdiyindən qızılları basdırdığı yeri dəqiq göstərə bilmədi. Uzun axtarışlardan sonra 1996-cı ildə həmin qızıllar su motorunun içindən tapıldı. Həmin ərəfələrdə Moskvaya getməyi planlaşdırdığımdan Boris Simanduyevn yanına gəlib qızılları girov qoyub pul götürdüm. O, mənə qızılların dəyərindən on dəfə az məbləğdə pul verdi. Sonralar icma sədrinin pulunu qaytarıb qızılları götürmək istəsəm də, maddi vəziyyətim buna imkan vermədi”.

“EVİNDƏ 4-5 MİLYON OLDUĞUNU DA MƏN DEMİŞƏM”

Eldar Avadyayev deyir ki, Boris Simanduyevin evində icmaya məxsus puldan əlavə 4-5 milyon manat olduğunu bilib.

O, Simanduyevin oğlanlarının Rusiyada kommersiya fəaliyyəti ilə məşğul olmalarından, həmin oğlanların da onlara həmin ölkədə kommersiya ilə məşğul olmalarına əngəllər yaratmalarından, oğlanların öz qazanclarını ataya göndərmələrindən, beləcə Simanduyevlərin bu yolla varlanmasından danışıb. Eldar Avadyayev məhkəməyə digər təqsirləndirilənlərlə birgə evə girməsindən və pulları aparmasından danışıb:

“Mən Coşqungilə dedim ki, “Borisdəki qızıllar mənə məxsusdur. Vaxtilə onun yanında girov qoymuşam, indi əlim qızıllarıma çatmır”. Borisin evində 4-5 milyon olduğunu da mən demişəm. Moskvadan Bakıya gələrək onları başıma yığıb basqın planını özüm tərtib eləmişəm. Bacısı Liza sakitləşmədiyindən Coşqun onu bıçaqla vurdu. Əllərini bağlayıb pul tələb etdik. Boris dedi ki, 20 min manat məbləğində pulu sinaqoqda saxlayır. Paltosunun cibindən sinaqoqun açarlarını götürüb Türkanə ilə sinaqoqa gəldik, ələk-vələk elədik, pul tapmadıq. Geri qayıdıb pulları və qızılları mətbəxdən seyfdən tapdıq”.

Boris Sumanduyevin bacısı Liza Yusifovnanın ifadəsindən:

“O pulların hamısı qardaşıma məxsus olub. Pulun 300 min dollarını isə Borisin xaricdə yaşayan oğulları ev almaqdan ötrü göndərmişdilər”.

Məhkəmə iclası davam edir.

Buna da bax: Yerevan Papa Francisin gəlişinə hazırlaşır

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG