Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:44

Şimali İrlandiya yığması Azərbaycan futbolçularıyla oyuna qara qolçaqlarla çıxacaq. «The Daily Mail» qəzetinin yazdığına görə, bununla futbolçular I Dünya müharibəsi zamanı ölənlərin xatirəsini anacaqlar. Oyun noyabrın 11-də, Beynəlxalq Sülh günündə keçirilir.

Əvvəlcə İrlandiya Futbol Assosiasiyası (IFA) komandanın oyuna köynəklərinin üstündə laləylə çıxmasını istəmişdi.

Amma FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) oyunlarda siyasi və dini mesajları yasaqlayır və IFA-nın müraciətinə cavabında qurum lalənin nizam-intizam qaydalarına uyğun olmadığını bildirib. Ona görə də İrlandiya yığması anım gününü sadə qolçaqlarla qeyd etmək qərarına gəlib.

İngiltərə və Şotlandiyanın futbol assosiasiyaları isə oyunçularının sülh gününə düşən qarşılaşmasında köynəklərinə lalə taxacaqlarını təsdiqləyib. Onlar FIFA-nın cəzasından qorxmayaraq, qadağaya tabe olmayacaqlarını bildiriblər.

Halbuki təşkilatın baş katibi Fatma Samoura qanuna istisna olmayacağını elan edib.

I Dünya müharibəsində döyüşənlərin xatirəsini anmaq məqsədilə Azərbaycanla İrlandiya komandalarının oyunu zamanı xüsusi görüntülər yayımlanacaq. Böyük ekranda müharibədə həlak olan futbolçuların adı görünəcək.

Oyun 1-dəqiqəlik sükutla başlayacaq.

Azərbaycanla Şimali İrlandiya futbol komandalarının oyunu noyabrın 11-i Belfastda Bakı vaxtı ilə saat 23.45-də keçiriləcək.

WSN—Dünya İdman Şəbəkəsi oyunda irlandların qalib gələcəyini, hətta qarşılaşmanın irlandların xeyrinə - 2:0 hesabı ilə başa çatacağını ehtimal edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG