Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:25

Kalmanın 'Silva' operettası Musiqili teatrda


Azərbaycan Dövlət Musiqili teatrı
Azərbaycan Dövlət Musiqili teatrı

Dövlət Musiqili Teatrı 107-ci mövsümün növbəti premyerasına hazırlaşır.

Teatrın mətbuat xidmətindən AzadlıqRadosu-na verilən xəbərə görə, teatrın rus bölməsində hazırlanan tamaşa İmre Kalmanın dünyaca məşhur “Silva” operettasıdır.

Əsərin süjet xəttində saf, təmiz sevgi, böyük bir eşq uğrunda mücadilə durur.

Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeymin sevgi bağlarını ətrafdakılar, xüsusilə də Edvinin ailəsi birmənalı qarşılamır. Valideynləri Silva ilə ailə qurmağa hazırlaşan Edvini başqasıyla nişanlamağa qərar verirlər. Məhz bu qərardan sonra dinamik hadisələrlə, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz böyük eşqi uğrunda mübarizəsi başlayır. Və elə bu mübarizə nəticəsində də hadisələr bir andaca axarını dəyişir, situasiya daha da gərginləşir, ağlasığmaz, həyəcan dolu olaylar sürətlə bir-birini əvəz edir...

Buna da bax:​ Musiqili teatr mövsümü uşaqlar üçün tamaşa ilə açır

Tamaşanın quruluşçu-rejissoru Boris Lukinski, quruluşçu-dirijoru Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.

Tamaşada rolları Hüseyn-Səfa Mirzəhəsənov, Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, Yuliya Heydərova, Firuz Məmmədov, Aydan Həsənova, Rauf Babayev, Marina Litvinenko, Emil Heydərov, Elçin İmanov və Nicat Əli ifa edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG