Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:29

Azərbaycanda daha bir şura - Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılır.

Prezident İlham Əliyev oktyabrın 6-da bununla bağlı fərman imzalayıb.

Fərmanda bildirilir ki, yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə 2003-cü ildən bəri iki dövlət proqramı uğurla icra olunub. Azərbaycan insanların sağlamlığının qorunması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə edib.

Buna da bax:​ Prezident Milli Strategiya ilə bağlı sərəncam verdi

“Azərbaycan BMT-yə üzv dövlətlərin 2015-ci ilin sentyabrında keçirilən Sammitdə 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Qarşıya qoyulmuş məqsəd dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır. Növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir”, fərmanda qeyd edilir.

Yeni Şuranın yaradılmasında məqsədin 2030-cu ilədək dayanıqlı inkişafla bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasını əlaqələndirmək olduğu bildirilir.

Buna da bax:​ 1,5 milyon iş yeri açılıb?

Şuraya baş nazirinin müavini Əli Əhmədov rəhbərlik edəcək.

Şura 2030-cu ilədək Azərbaycandan ötrü əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri müəyyən etməlidir. Habelə, dövlət proqram və strategiyalarını Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırmalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG