Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:33

Yeni şəxsiyyət vəsiqələrinin verilməsi niyə uzanır?


İllüstrasiya
İllüstrasiya

►Yeni vəsiqələrdə kimin haralı olduğunu bilmək asan olmayacaq

2011-ci ilin dekabrında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna vacib bir dəyişiklik edildi.

Həmin dəyişikliyə görə, 2014-cü il yanvarın 1-dən vətəndaşlara beynəlxalq standartlara uyğun şəxsiyyət vəsiqələri verilməli idi.

Lakin 2014-cü ilə 4 gün qalmış həmin qanun bir daha dəyişdi, yeni şəxsiyyət vəsiqələrinin verilməsi 2015-ci il dekabrın 1-ə qədər, yəni 2 il ertələndi.

Bu müddətin bitməsinə 7 ay qalmış isə sözügedən qanuna növbəti dəyişiklik olundu. Bu dəfə vəsiqələrin verilməsi 2017-ci il yanvarın 1-ə qaldı. Bu ləngimələr nə ilə bağlıdır?

Həmin şəxsiyyət vəsiqələrinin verilməsilə bağlı hələ 2012-ci ilin fevralında prezident 3 müxtəlif dövlət qurumuna göstəriş vermişdi.

Nazirlər Kabineti yeni şəxsiyyət vəsiqələrinin hazırlanması və zəruri texniki vasitələrin alınmasını maliyyələşdirməli; İqtisadiyyat Nazirliyi vəsiqələrin hazırlanması məqsədilə bu sahədə beynəlxalq təcrübəsi olan hüquqi şəxsi seçib onunla müqavilə bağlamalı; Xarici İşlər Nazirliyi isə şəxsiyyət vəsiqələrindən gələcəkdə pasport əvəzi istifadə edərək gediləcək xarici ölkələrlə danışıqlar aparıb onlarla müvafiq beynəlxalq müqavilələr imzalamaq üçün təkliflərini verməliydi.

Hətta XİN-ə 2014-cü il martın 1-ə qədər vaxt məhdudiyyəti də qoyulmuşdu.

___________________________________________________________

Bunlara da bax:
İlqar Məmmədovun məhkəməsi başlanır
Türk fermer Rusiyadan deportasiya edildi

___________________________________________________________

Ləngimənin səbəbi maliyyə də ola bilər, texniki imkanlar da...

“Hüquqi Dövlət”Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxışov deyir ki, yeni şəxsiyyət vəsiqələri daha dolğun məlumatları əks etdirəcək, beynəlxalq standartlara uyğun sənəd olacaq:

Müzəffər Baxışov: "Görünür, hansısa problem var ki, yeni şəxsiyyət vəsiqələrinin verilməsini uzadırlar”
Gözlə

No media source currently available

0:00 0:00:42 0:00

“Sənəd məsələsi, beynəlxalq təşkilatların da diqqət mərkəzində olan bir məsələdir. Rekvizitləri sadə olan sənədləri daha asan saxtalaşdırmaq olur. Belə mükəmməl sənədlərin verilməsi gələcəkdə həmin sənədlərin saxtalaşdırılması imkanlarını da məhdudlaşdırır. Rekvizitlərin daha dərin olması isə həmin sənədləri daha etibarlı edir. Bu qədər uzatmağa gəldikdə, yəqin ki, prosedurların çətinliyi ilə bağldır. Bəlkə də kompüterləşdirmə, texniki imkanları həyata keçirə bilmirlər. Düşünürəm, ola bilsin ki, prosedurların mürəkkəbliyinə görə bu müddəti gələcəkdə də uzatdılar. Hətta 2020-ci ilə qədər də uzada bilərlər. Bəlkə də maliyyə ilə bağlıdır. Görünür, hansısa problem var ki, uzadırlar”.

Nazirlər Kabineti: “Maliyyə məsələsi həll olunub”

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə maliyyə məsələsində heç bir problem olmadığını söyləyir. Onun sözlərinə görə, proses mərhələ-mərhələ yerinə yetirilir:

“Əgər maliyyə məsələsidirsə, bu məsələ həll olunub. Bizdən asılı məsələlər prezidentin tapşırığı ilə icra olunur. Proses də gedir, yəqin ki, vaxtında da reallaşacaq. Görünür, bu prosesin müəyyən cəhətləri var, mərhələ-mərhələ həll olunmalıdır”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, məsələni araşdırandan sonra günün ikinci yarısı cavab verəcəklər. Ancaq günün sonuna qədər zənglərə cavab verən olmadı.

Vəsiqənin üzərində şəxsin doğulduğu yer göstərilməyəcək

Yeni şəxsiyyət vəsiqələrinin indikilərdən iki mühüm fərqi olacaq. Birincisi, onlara elektron daşıyıcı – çip yerləşdiriləcək. Çipdə hazırkı vəsiqələrdə göstərilməyən bir çox başqa məlumatlar yer alacaq – məsələn, vətəndaş soyadını/adını dəyişdiribsə, əvvəlki soyadı/adı; vətəndaşın valideynlərinin soyadı və adı; vətəndaşın ərinin (arvadının) soyadı və adı; vətəndaşın uşaqlarının soyadı və adı və sairə. Bundan əlavə, yeni vəsiqələrdə kimin haralı olduğunu bilmək əvvəlkitək asan olmayacaq. Çünki şəxsin doğulduğu yer barədə məlumat vəsiqənin üzərində deyil, elektron çipdə olacaq – yaşadığı ünvan da həmçinin.

İkinci mühüm fərq ondan ibarətdir ki, 15 yaşı tamam olmamış uşaqlara şəxsiyyət vəsiqəsi verilməyəcək. Hazırda onlara şəkilsiz vəsiqələr verilir. Gələcəkdə isə 15 yaşınadək uşaqlara doğum şəhadətnaməsi ilə yanaşı “fərdi identifikasiya kartı” (FİK) adlanan sənəd veriləcək. Bununla da doğulandan hər bir şəxsə yalnız ona məxsus və heç vaxt dəyişməyən bir nömrə – fərdi identifikasiya nömrəsi (FİN) təhkim olunacaq. Uşaq gələcəkdə böyüyüb şəxsiyyət vəsiqəsi alanda da, onu müxtəlif vaxtlarda dəyişəndə də FİN dəyişməyəcək. Qısası, hər kəsin şəxsiyyət vəsiqəsinin nömrəsindən savayı, özünün də fərdi nömrəsi olacaq. Birinci dəyişə bilər, ikinci isə ömürlük veriləcək.

5 yaşınadək uşaqlara şəkilsiz, 5 yaşından böyüklərə şəkilli FİK veriləcək. Əslində FİK-in də 2015-ci il dekabrın 1-dək verilməsi nəzərdə tutulmuşdu. Sonradan bu tarix 2020-ci il yanvarın 1-nə dəyişdirildi.

Buna da bax: Əliyevlər "Panama Papers"də... (detallar, video)

Əliyevlər "Panama Papers"də... (detallar, video)
Gözlə

No media source currently available

0:00 0:17:31 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 20 aprel Radio proqramında

Lavrov Yerevana gedir. Erməni ekspertlər yaman narahatdır
Azərbaycan 163-cü yerə düşüb…
Yeni şəxsiyyət vəsiqələrinin verilməsi niyə uzanır?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 20 aprel TV proqramında

Dünyada qeyri-adi etiraz aksiyaları
“Neft yenə ucuzlaşacaq”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG