Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:03

Dünyada şəhərlilərin sayı artır


Dünyanın ən böyük şəhəri Tokiodur.

Dünyanın ən böyük şəhəri Tokiodur.

Dünya şəhər əhalisinin ən çox artdığı tarixi yaşayır. «Reuters» agentliyinin Dünya Şəhər günü münasibətilə yazısında belə deyilir.

BMT dünyada şəhər əhalisinin artımına diqqət çəkmək və bu artımın doğurduğu sınaqların öhdəsindən gəlmək, əməkdaşlığın vacibliyini vurğulamaq və planlamaq, urbanizasiyanın qlobal inkişafda rolunu öyrənmək məqsədilə oktyabrın 31-ni Şəhər günü kimi qeyd edir.

3.5 MİLYARD İNSAN ŞƏHƏRDƏ QALIR

Təşkilatın bu günə olan hesablamaları göstərir ki, hazırda dünya əhalisinin yarısı, yəni 3.5 milyard insan şəhərlərdə yaşayır. 2030-cu ildə isə insanların 60%-nin şəhərdə məskunlaşacağı gözlənir. Halbuki, bütün şəhərlər Yer kürəsi ərazisinin cəmi 1%-ni tutur. Bununla belə, enerji istehlakı və karbon qazı tullantılarının 75%-i şəhərlərin payına düşür.

BMT xəbərdarlıq edir ki, şəhər əhalisinin sürətlə artması su ehtiyatları, yağış və çirkab sularının həcminə, ətraf mühitə, ictimai sağlamlığa güclü təsir göstərir.

BMT həm də şəhərlərdə bərabərsizliyin artdığını, özü də 1980-ci ildən bəri hökm sürdüyünü, 828 milyon adamın şəhərlərdəki xarabalıqlarda yaşadığını bildirir.

ŞƏHƏRLİLƏRİN 53%-İ ASİYADA YAŞAYIR

«Reuters» şəhərlərlə bağlı bir neçə maraqlı faktı göstərib. Agentliyin məlumatına görə, 1990-cı ildə dünyada cəmi 10 meqapolis var idisə, indi onların sayı 28-ə çatıb.

Dünyanın ən böyük şəhəri Tokiodur, 38 milyona yaxın əhalisi var.

Dünyanın ən kiçik şəhəri, eləcə də ən kiçik dövləti Vatikandır, 500 nəfər əhalisi var.

Şəhər əhalisi ən çox olan qitə Asiyadır, şəhərlilərin 53%-i burada yaşayır. Avropa dünya şəhər əhalisinin 14%-nin, Latın Amerikası və Karib adaları 13%-nin vətənidir.

Əhalisinə ən yaxşı həyat səviyyəsi təklif edən şəhər Avstriyanın paytaxtı Vyanadır. İkinci yerdə Sürix (İsveçrə) dayanır.

Dünyanın ən yaradıcı şəhəri isə Səudiyyə Ərəbistanının Əl-Ahsa şəhəri sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG