Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:10

Jeff Shell: "AzadlıqRadiosunun Bakı bürosunu da açın"


Azadlıq Radiosunun möhürlənmiş Bakı ofisi

Azadlıq Radiosunun möhürlənmiş Bakı ofisi

-

AzadlıqRadiosunun da daxil olduğu ABŞ-ın Yayım Idarəetmə Şurasının (BBG) sədri Jeff Shell araşdırmaçı jurnalist Xədicə İsmayılın azadlığa buraxılmasını alqışlayıb və Azərbaycan hakimiyyətini onun barəsində hələ də qüvvədə olan ittihamları ləğv etməyə, jurnalistin azadlığını tam təmin etməyə çağırıb:

"Hakimiyyəti AzadlıqRadiosunun Bakı bürosunun ofisinin açılmasına şərait yaratmağa, radionun ölkə daxilindəki müxbirlərinə təzyiqlərinə son qoymağa çağırıram".

BBG -nin direktoru John F. Lansing də Xədicə İsmayılovanın azadlığa çıxmasını alqışlayıb.

"Ümid edirəm ki, bu, Azərbaycana söz azadlığı ilə bağlı dəyişikliyin göstəricidir. Amma daha çox iş görülməldir".

John F. Lansing Azərbaycan hökumətini Xədicə İsmayılın üzərindən səyahət qadağasını götürməyə çağırıb, onun həbsdən əvvəl olduğu kimi narahat edilməyəcəyinə, izlənməyəcəyinə ümid etdiyini bildirib.

"Azərbaycan hökumətini AzadlıqRadiosunun Bakı bürosunun jurnalistləri ilə bağlı istintaq işini dayandırmağa, 2014-cü ilin dekabrında ədalətsizcəsinə qapadılmış büronun işinə dərhal icazə verməyə çağırıram".

____________________________________________________________

Bunlara da bax:
Xədicə azadlıqda (Video)
London Azərbaycan kleptokratiyasına necə kömək edir

____________________________________________________________

Araşdırmaçı jurnalist Xədicə İsmayıl mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrum etmə cəzası ilə sərbəst buraxılıb.

Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Özü bütün ittihamları rədd edir və həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu deyir.

Yayım Idarəetmə Şurası (BBG) müstəqil federal agentlik olaraq, ABŞ hökumətinin dəstəklədiyi, mülki beynəlxalq yayımlara rəhbərlik edir. BBG yayım şirkətlərinə Amerikanın Səsi, Azad Avropa/Azadlıq Radiosu, Yaxın Şərq Yayım Şəbəkələri (Əl Hurra TV və Savva Radiosu), Azad Asiya Radiosu, Kuba Yayım Ofisi (Marti TV və Radiosu) daxildir.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (25 may)

Xədicə İsmayıl: “Daha gəncəm”

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (25 may)

Abid Şərifov: “Sovetskidəki binaların tarixi əhəmiyyəti yoxdur”

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG