Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:03

Şəkidə "vicdan məhusları"na maşın tapılmır?


►"Məqsəd Avropa Məhkəməsinin qərarının icrasını uzatmaqdır"

Fevralın 25-də Şəki Apellyasiya Məhkəməsində REAL Hərəkatının rəhbəri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun işi qeyri-müəyyən müddətə təxirə salınıb.

Penitensiar Xidmət maşın azlığından məhbusları gətirə bilmədikləri üçün məhkəmənin təxirə salınmasını istəyib. Hakim də bu tələbi yerinə yetirib . Vəkil Nemət Kərimli hər iki məhbusun skayp vasitəsilə prosesə qoşulması vəsatəti qaldırsa da, hakim bunu qəbul etməyib:

“Bu sadəcə məhkəməni uzatmaq, Avropa Məhkəməsinin hər iki məhbusun azad olunması qərarını yerinə yetirməkdən yayınmaqdır” - deyə N. Kərimli baş verənlərə münasibət bildirib.

N. Kərimli deyir ki, hər iki məhbus prosesə qatılmaq isətmədiklərini öncədən bəyan etmişdilər. Buna görə prosesi qeyri-müəyyən müddətə təxirə salmaq düzgün deyil.

Ötən il oktyabrın 13-də Ali Məhkəmə məhkumların həbsdən azad olunmaları, cinayət işinə xitam və bəraət verilməsi ilə bağlı kassasiya şikayətinə baxaraq işi təkrar Şəki Apellyasiya Məhkəməsinə göndərib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (təqsirsizlik prezumpsiyası hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılması hüdudları) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu etiraf edib.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

AŞ Nazirlər Komitəsi bir neçə dəfə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Ötən ilin noyabrında Avropa İnsan Hüquqları Məhkəməsi Tofiq Yaqublunun da şikayətini təmin edib.

İlqar Məmmədov və Tofiq Yaqublu 2013-cü il yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkili ittihamı ilə həbs ediliblər.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib.

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı İ.Məmmədovu və T.Yaqublunu vicdan məhbusu kimi tanıyır.

Buna da bax...

Xocalı hadisələrinin ukraynalı şahidi: "Bu, dəhşətli mənzərə idi"
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG