Almaniyadan 1994-cü il istehsalı olan "Mersedes" gətirən Sənan Kərimli də deyir ki, gətirdiyi avtomobilə görə 2440 dollar gömrük rüsumu ödəyib. Amma məsələ bununla yekunlaşmayıb. Bütün rüsum və ödənişlərdən başqa o, 50 dollar da "şirinlik" verib.
Avtonəqliyyat Gömrük İdarəsində isə deyilənləri həqiqət saymırlar. Ümumi şöbənin rəhbəri bildirdi ki, maşınların gömrük təmizlənməsi şəffaf şəkildə aparılır və burada kiminsə aldadılması mümkün deyil. Hər şey Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir.
Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli qərarına əsasən, fiziki şəxslərin Azərbaycana gətirdikləri maşınlara görə gömrük rüsumu aşağıdakı qaydada hesablanır:
İstehsal-buraxılış tarixindən bir ildən artıq vaxt keçməyən avtonəqliyyat vasitələrinə görə mühərrikin hər kubsantimetrinə görə 0.4 ABŞ dolları məbləğdə gömrük rüsumu və qanunvericilikdə müəyyən edilmiş miqdarda digər gömrük ödənişləri alınır.
İstehsal-buraxılış tarixindən 1 ildən çox ötmüş avtonəqliyyat vasitələrinə görə mühərrikin hər kubsantimetrinə görə 0.7 ABŞ dolları məbləğində gömrük rüsumu ödənilir. Qanunvericilikdə müəyyən edilmiş digər gömrük rüsumları avtomobilin ümumi məbləğinin 0.5 faizinə bərabərdir.
DAHA ƏTRAFLI AUDİO HİSSƏDƏ