Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:01

Türkiyəli tələbələr Azərbaycanda təhsil almaqdan niyə imtina edirlər?


Azərbaycan Dövlət Neft Akademiyası

Azərbaycan Dövlət Neft Akademiyası

Türkiyə səfirliyinin təhsil müşaviri Səlahəddin Dikmən öz ölkəsinin Təhsil Nazirliyi və Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edərək Azərbaycanın bir çox ali təhsil müəssisələrinə tələbə göndərilməməsini istəyib: «Türkiyəli tələbələrin çoxu oxuduqları ali məktəblərdə pul söhbətinin edildiyini, keyfiyyətli təhsil almadıqlarını bildirirlər. Buna görə də kimisi 1-ci, kimisi də 2-ci kursda ərizəsini yazaraq sənədlərini geri götürüb»

Səlahəddin Dikmən türkiyəli tələbələrdən rüşvət alınmasının yeni məsələ olmadığını deyir. Bu hallarla bağlı dəfələrlə universitet rektorlarına, Təhsil Nazirliyinə müraciət etdiyini bildirən müşavirin sözlərinə görə, nədənsə tələbələrin şikayətləri azalmır. Elə martın 11-də Azərbaycanda təhsil alan 300 nəfər türkiyəli tələbə millət vəkili Məlahət Həsənovaya tez-tez üzləşdikləri neqativ hallarla bağlı müraciət ediblər. Daha sonra Türkiyə səfirliyin Təhsil Müşavirliyində həmin tələbələrin iştirakı ilə toplantı keçirilib, mövcud narazılıqlar müzakirə edilib.

Diplomatın sözlərinə görə, son iki ildə Azərbaycanın ali təhsil müəssisələrini 20-dək türkiyəli tələbə tərk edib. Hamısı da səfirliyə etdiyi müraciətində Azərbaycanda təhsil almağın mümkün olmadığını bildirib.


Təhsil müşavirinin müraciəti heç də cavabsız qalmayıb. Artıq müraciət öyrənilib və ortada qərar da var. Azərbaycandakı bir universitetə tələbə qəbulu tam dayandırılıb.


Səlahəddin Dikmənin dediklərindən o da məlum oldu ki, türkiyəli tələbələrdən pul istənilməsi halları daha çox dövlət ali təhsil müəssisələrindədir.


«Təhsildə rüşvətsiz bir il» kampaniyası aparan «Dalğa» Gənclər Təşkilatının rəhbəri Ramin Hacılı isə deyir ki, türkiyəli tələbələrlə bağlı onlara universitetlərin birindən xeyli şikayətlər daxil olub. Amma araşdırmalar zamanı məlum olub ki, rüşvətlə oxumaqda daha çox tələbələrin özləri maraqlıdırlar...


ƏTRAFLI AUDİO HİSSƏDƏ DİNLƏYƏ BİLƏRSİNİZ


XS
SM
MD
LG