Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:57

Özbəkistanın yeni lideri, 'çılğın və inadkar' Shavkat Mirziyaev


Shavkat Mirziyaev

Shavkat Mirziyaev

YULDASHEV YOX, MIRZIYAEV GƏLDİ

Prezident seçkiləri dekabra təyin olunub. Həmin vaxtadək dövlət başçısının səlahiyyətlərini baş nazir Shavkat Mirziyaev yerinə yetirəcək. Halbuki konstitusiyaya görə, belə hallarda prezidenti parlamentin ali palatasının sədri əvəzləməli idi. Amma Senatın spikeri Nigmatulla Yuldashev geri çəkilib. O bu addımını təcrübəsizliyi ilə izah edib və Mirziyaev-in namizədliyini də məhz o verib.

Özbəkistan hökumətinin yaydığı məlumatda deyilir ki, deputat və senatorlar, partiya fraksiyalarının başçıları da «sabitliyin qorunması, ölkədəki mühüm ictimai-siyasi, sosial-iqtisadi məsələlərin həlli məqsədilə» Yuldashev-in təklifini dəstəkləyiblər.

Islam Karimov-un ölüm-qalım savaşı apardığı günlərdə, ölkənin müstəqilliyinin 25 illiyi münasibətilə keçirilən tədbirlərdə Müstəqillik Abidəsi önünə çiçək çələngini də Shavkat Mirziyaev qoyub.

27 il Özbəkistana başçılıq edən Islam Karimov-un dəfni ilə bağlı komissiyaya da o başçılıq edib.

Karimov-un Səmərqənddəki məzarına ziyarəti zamanı Rusiya prezidenti Vladimir Putin-i də məhz Mirziyaev müşayiət edib.

Bütün bunlar Özbəkistana növbəti illərdə Shavkat Mirziyaev-in başçılıq edəcəyi barədə indidən səslənən ehtimalları gücləndirir.

KİMDİR SHAVKAT MIRZIYAEV?

O, 2003-cü ildən ölkənin baş naziridir. Özbəkistanın 25 illik müstəqilliyi dövründə ən uzunmüddətli baş nazir də odur. 58 yaşlı Mirziyaev Səmərqənd və Cizak vilayətlərinin qubernatoru olub.

«Currentime TV» yazır ki, baş nazir olduğu müddətdə Karimov-un kölgəsində qalan Mirziyaev-i tanıyanlar onu, əslində, «çılğın və inadkar» biri kimi səciyyələndirirlər.

1990-cı illərdə Islam Karimov-un mətbuat katibi işləmiş, indi Özbəkistandan kənarda yaşayan Sharof Ubaydullaev-in sözlərinə görə, Mirziyaev hər zaman özünü haqlı sayır və proqnozlaşdırılmayan biridir.

O, keçmiş qubernatorun dövlət kvotasını yerinə yetirə bilməyənləri sərt cəzalandırdığını da söyləyib.

Islam Karimov Müstəqillik günü şənliyində rəqs edir. Ondan solda baş nazir Shavkat Mirziyaev-dir – 2007.

Islam Karimov Müstəqillik günü şənliyində rəqs edir. Ondan solda baş nazir Shavkat Mirziyaev-dir – 2007.

«KARIMOV QƏDƏR MÜSTƏQİL DEYİL»

«Mirziyaev yaxşı, yoxsa pis prezident olacaq» sualına keçmiş mətbuat katibi belə cavab verib: «Pis».

Ubaydullaev keçmiş baş nazirin Özbəkistanı təkbaşına effektiv yönəldəcəyinə şübhəylə yanaşdığını söyləyib: «O, Karimov qədər müstəqil deyil».

Keçmiş mətbuat katibi Shavkat Mirziyaev-in «oliqarxiya»ya başçılıq edəcəyini, qeyri-rəsmi hakimiyyəti maqnatlara verəcəyini düşünür. Onun qənaətincə, bu da Özbəkistan üçünən pis inkişaf ssenarisi ola bilər.

«Currentime TV» yazır ki, özbək elitası Mirziyaev-in intellektual qabiliyyətini yüksək qiymətləndirmir. Bu amil onunprezident kimi hakimiyyətdə duruş gətirəcəyinə əngəl olacaq. Ekspertlərsə bu fikirdədirlər ki, o, dövlət başına gələrsə, repressiyalar güclənəcək.

KONSTİTUSİYA VƏ KLANLAR ARXASINDADIR

Son beş ildə Özbəkistan Konstitusiyası bir neçə dəfə dəyişdirilib. Ana Yasanın bəzi maddələri baş nazirə böyük səlahiyyətlər verir. Müşahidəçilərə görə, bu da Shavkat Mirziyaev-in prezident olmaq şansını çoxaldır.

Mirziyaev Karimov-un anadan olduğu Səmərqəndin qonşuluğundakı Cizak vilayətində həkim ailəsində doğulub. Yerli komsomolun liderlərindən olub.

Mirziyaev-in arxasında Cizakın və çox güman, Səmərqəndin nəhəng klanlarının dayandığı deyilir. Bu klanlar Karimov-dan sonra hakimiyyət başına gələcək yeni prezidentin seçilməsində mühüm rol oynaya bilərlər.

«HAKİMİYYƏTİN RƏVAN KEÇİDİ TƏMİN EDİLDİ»

AzadlıqRadiosu özbək xidmətinin təşkil etdiyi panelə ABŞ-dan qatılan Sarah Kendzior deyib ki, hazırda ölkədə hakimiyyət boşluğu hiss olunmur. «Onlar ən başından hakimiyyətin rəvan keçidinin təmin olunduğunu göstərməyə çalışırdılar», - deyə Kendzior bildirib.

Paneldə belə fikir də səslənib ki, indiki məqamda hakim elita birləşmiş kimi görünsə də, sonrakı mərhələdə Islam Karimov-a daha yaxın olanlar hakimiyyətdən uzaqlaşdırılacaqlar.

Özbəklər Islam Karimov-la belə vidalaşdılar

Günün bütün mövzuları

XS
SM
MD
LG