Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:04

Şanxay hava limanında partlayışdan sonra sakitlikdir


Şanxay hava limanında partlayış zamanı

Şanxay hava limanında partlayış zamanı

Çində Şanxayın Pudonq beynəlxalq hava limanında baş vermis partlayış nəticəsində azı dörd nəfər yaralanıb.

Çində Şanxayın Pudonq beynəlxalq hava limanında baş vermis partlayış nəticəsində azı dörd nəfər yaralanıb.

Polis və hava limanınınrəhbərliyi bildiriblər ki, partlayış özü ilə əldəqayırma partladıcılar daşıyan şəxs tərəfindən törədilib.

“The New York Times” xəbər verib ki, Çinin ən qaynar aeroportunda günorta saatlarında baş vermiş hadisə zamanı 2-ci terminalda partlayışın ardınca vahiməli anlar yaşanıb.

Polis partlayışın baş verdiyi sahəni dərhal qapadıb, lakin hava limanı açıq qalıb.

Qəzet yazır ki, bu, hakimiyyət orqanlarının partlayışın ayrıca epizod olduğundan əmin olduğunu göstərir.

Polis bildirir ki, bir nəfər çantasındakı partladıcıları çıxararaq minik qeydiyyatı masasının qarşısında yerə atıb.

Bəyənatda partladıcıların pivə şüşələrində olduğu deyilir.

Partlayışın ardınca sözü gedən şəxs bıçaq çıxararaq öz boğazını kəsib.

Onu xilas etmək mümkün olsa da, hazırda ağır vəziyyətdədir.

Bundan başqa yaxınlıqdakı xəstəxanaya dörd yaralı qəbul edilib. Onların şüşə qırıntılarından yüngül yaralandıqları xəbər verilir. Yaralılardan biri filippinlidir.

Çindən alınan xəbərlərdə deyilir ki, axşama doğru hava limanında sakitlıik tam bərpa olunub.

Bununla yanaşı Şanxaya gələn 18 reysdən 12-si 4 saatadək gecikib.

Motivlər bilinmir

2-ci terminaldakı minik qeydiyyatı masaları normal işləyib, lakin partlayışın baş verdiyi C sektoru hələ də avtomatlı əsgərlər tərəfindən mühafizə olunur.

Şanxay yaxınlığındakı Hanqju şəhəri gələn sentyabrda G20 qrupunun sammitinə ev sahibliyi edəcək.

Çinin Kommunist Partiyası belə hadisələr barədə təfərrüatlı açıqlamalar vermir və hələlik hadisəni törədən şəxsin kimliyi və motivləri bəyan edilməyib.

Bununla belə bu, Çin hava limanlarında baş verən ilk bu cür hadisə deyil.

2013-cü ildə Pekin beynəlxalq hava limanında partlayışı törədən şəxs onun şikayətinə baxılmadığına görə etiraz etdiyini bildirmişdi.

Sözü gedən şəxs 2005-ci ildə təhlükəsizlik əməkdaşları tərəfindən döyüldüyünü və iflic vəziyyətinə salındığını söyləyirdi.

Ji Jionqsinq adlı bu şəxs altı il müddətinə azadlıqdan məhrum edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG