Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:54

►Sakinlər: “Azı 5 ildir ki, binanın altından axan kanalizasiya suları burada yaşayan onlarla ailənin həyatına təhlükədir”

“Neçə illərdir ki, kanalizasiya sistemi sıradan çıxıb. Bütün çirkab sular yaşadığımız binanın zirzəmisinə axır. Bina uçmaq təhlükəsilə üz-üzədir”.

Şəmkirin Kür qəsəbəsində, Məmməd Əmin Rəsulzadə küçəsindəki 2 saylı binanın sakinləri təşviş içərisindədilər.

Sakin Gülnarə Səfərova AzadlıqRadiosuna danışır ki, illərdir, binanın çirkab suları zirzəmiyə dolur.

Ayda bir-iki dəfə öz aralarında pul toplayıb zirzəmini boşaldırlar, kanalizasiya xəttinin tutulmuş hissəsini açdırırlar.

Ancaq bununla iş bitmir.

Çünki problem təkcə binanın borularında deyil, ərazidəki ümumi xətlərdədir:

“36 ilin binasıdır. Bu kanalizasiyanı vaxtında düzəltmədilər deyə, bütün bina qəzalı vəziyyətə düşdü. Bircə kanalizasiyanın düzəldilməməsi nə qədər ailəyə zərər vurur, binanı dağılma təhlükəsi ilə üz-üzə qoyur. Məmurlar 3-5 manatlıq xərci milyonlarla manatlıq zərərə gətirib çıxarırlar”.

____________________________________________________________

Bunlara da bax:
Amnistiya aktı Milli Məclisdən keçdi
Türkiyənin gələcək baş naziri Binali Yıldırım kimdir?

____________________________________________________________

“GÜNLƏRLƏ YEMƏKDƏN KÜSÜRÜK”

Bina sakini Aydın Səfərov deyir, 1-ci mərtəbədə yaşadığından durumu yuxarı mərtəbələrdəki qonşulardan daha fərqlidir:

“Siçovullar ölür, iyi evə dolur. Hər dəfə zirzəmiyə girəndə suyun üzərinə çıxmış ölmüş siçovul leşlərini görəndə günlərlə yeməkdən küsürük. Evimdə iki körpə uşaq var. İkisinin də ağciyəri sıradan çıxıb. Getməyə yerimiz də yoxdur. Bu vəziyyətdə mənzili də alan yoxdur. Binada hansı evə girsən, ailədə 5 nəfərdən 3-ü xəstədir”.

Sakinlərin deməsinə görə, Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndələri dəfələrlə binaya baxış keçiriblər.

Hər dəfə kanalizasiya xətlərinin dəyişdiriləcəyini, binanın təmir olunacağını vəd edib gediblər. Hətta sonuncu dəfə binanın zirzəmisində görüləcək işlərlə əlaqədar sakinlərə bəzi tapşırıqlar da verilib.

MƏKTUB GÖNDƏRİLİB

İcra hakimiyyətindən də AzadlıqRadiosunun “Qaynar xətt”inə bildirilib ki, Kür qəsəbəsindəki sözügedən binaya bir neçə dəfə baxış keçirilib:

“Ötən ay da əməkdaşlarımız binada olub. Həqiqətən də, binanın zirzəmisindəki durum acınacaqlıdır. Müvafiq qurumlara məktub göndərmişik. Kanalizasiya problemi həllini tapdıqdan sonra binada bəzi təmir işləri aparılacaq”.

Rəsulzadə küçəsindəki 2 saylı binada yaşayan 30 ailənin gözü yoldadır.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (20 may)

Türkmən kəndləri intensiv bombalanır
“Maddi maraq olmayandan sonra qoyunları niyə qırxaq ki?”

BAX: Günün əsas hadisələri TV proqramımızda (20 may)

Keçmiş siyasi məhbusun Ombudsman "macərası"

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG