Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:44

Azərbaycanda maraqlı müsabiqə başladı


«Azərbaycan Shakespeare Xalçası»
«Azərbaycan Shakespeare Xalçası»

-

Azərbaycan Xalça Muzeyində Shakespeare-in anadan olmasının 450 illik yubileyi münasibətilə Azərbaycanda «Shakespeare Xalçası» müsabiqəsi başlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, «Azərbaycan Shakespeare Xalçası» dünyada bu tipli yeganə müsabiqədir.

Müsabiqəni «British Council», Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyi birlikdə təşkil edib.

«British Council-Azerbaijan»ın direktoru Elizabeth White müsabiqənin başlaması münasibətilə deyib: «Azərbaycanın qədim xalçaçılıq ənənələri vardır. Dünyanın ən qədim tarixə malik xalçası və ən böyük, tarixi baxımdan əhəmiyyətli və gözəl xalçalarından biri Cənubi Azərbaycandan olan Ərdəbil xalısıdır (məşhur «Şeyx Səfi» xalçası nəzərdə tutulur-red). O, Shakespeare-in dünyaya gəlməsindən 15 il öncə toxunmuş və hazırda Londonun Victoria və Albert Muzeyində nümayiş olunur. Axı Shakespeare-in ildönümünü Azərbaycanda qeyd etmək üçün yeni xalçanın hazırlanmasından gözəl nə ola bilər? Biz bu layihədə Rəssamlıq Akademiyası və Azərbaycan Xalça Muzeyi ilə əməkdaşlıq etməkdən qürur duyur və bütün yaradıcı insanları bu müsabiqəyə qoşulmağa və Shakespeare-in şərəfinə xalça dizaynı hazırlamağa dəvət edirik».

«Azərbaycan Shakespeare Xalçası» Shakespeare-in pyeslərindən səhnə və ya səhnələri təsvir edən, onun əsərlərinin motivlərini nümayiş etdirən, Azərbaycan ənənələrini əks etdirən, portret üslubunda hazırlanmış və hətta abstrakt dizayn elementləri daşıyan bir xalça ola bilər.

Ən önəmlisi, xalçanın Shakespeare-dən və onun əsərlərindən ilham alması, Shakespeare-in adını və Azərbaycan xalça ənənələrini şərəfləndirməsidir.

Dizaynlar onlayn formada təqdim edilir.

Onlar boya və ya kompüter vasitəsilə də hazırlana bilər.

Ən yaxşı dizaynlar sərgidə nümayiş olunacaq və mükafat qazanmış dizaynlar əsasında xalçalar toxunacaq.

Müsabiqənin qalibi Londona səyahət, Victoria və Albert Muzeyinə və Shakespeare Qlobus Teatrına giriş biletləri qazanacaq.

Azərbaycanın bütün vətəndaşları üçün açıq olan müsabiqə 2016-cı il iyulun 31-də başa çatır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG