Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:14

Norveçli Maqnus Karlsen dünya çempionu titulunu qoruya bildi.

O, rusiyalı Sergey Karyakini məğlub edib.

Nyu Yorkda baş tutan qarşılaşmanın əsas mərhələsi 6-6 hesabı ilə heç-heçə bitdiyindən qalib həlledici mərhələdə - sürətli şahmatda müəyyən edilib.

Sürətli şahmatda ümumi hesab 9-7 norveçlinin xeyrinə başa çatıb.

İlk dəfə idi ki, şahmat tacı uğrunda belə gənc şahmatçılar mübarizə aparıb. Onların hər ikisi 1990-cı il təvəllüdlüdür.

Qalib 550 min avro mükafat alacaq. Karyakinə isə 450 min avro çatacaq.

Magnus Carlsen və Sergey Karjakin

Magnus Carlsen və Sergey Karjakin

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG