Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:30

►Sərgi dekabrın 15-dək açıq olacaq

AMEA Milli Azərbaycan Tarixi Muzeyində hazırlıq işləri aparılan “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisinin ekspozisiyası tam olaraq qurulub.

Sərginin kuratoru Səbuhi Əhmədovun AzadlıqRadiosuna bildirdiyinə görə, sərginin təntənəli açılış mərasimi aprelin 15-də keçiriləcək.

Sərgidə nümayiş etdirilən 130-dan artıq unikal eksponat, bir neçə döyüşçü manekeni, çoxlu sayda informasiya panelləri, nadir sənət əsərləri Azərbaycan tarixində xüsusi yeri olan, mahir sərkərdə və dahi dövlət başçısı olan I Şah İsmayılın şəxsiyyəti, qazandığı qələbələri, apardığı müharibələri, yaratdığı dövlət aparatı, iqtisadi sistemi, elmi və mədəni mühiti haqqında əyani təsəvvür yaradır.

Sərgi dekabrın 15-dək açıq olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG