Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:39

Həbsdə olan jurnalist Seymur Həzidə revmatizm xəstəliyinin kəskinləşməsinə baxmayaraq, onu həbsxana xəstəxanasına köçürmürlər.

Bunu onun həyat yoldaşı Nigar Həzi bildirib.

«Noyabrın 16-da Seymurla telefonla danışdım. Onun sözlərinə görə, koloniyada tibbi yardım almır», - N.Həzi qeyd edib.

Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov isə «Meydan TV»yə bildirib ki, noyabrın 15-də S.Həzidən qan analizi götürülüb və revmatizmin kəskinləşməsi müəyyən edilib. O, «xüsusi müalicə» olunacaq.

Həkim Adil Qeybulla hesab edir ki, revmatizmin kəskinləşdiyi dövrdə xəstə mütləq stasionar müalicədə olmalıdır. Rütubətin çox olduğu həbsxana şəraitində xəstəliyin kəskinləşməsi riski böyükdür. «Odur ki, xəstənin, heç olmasa, koloniyanın tibbi-sanitariya hissəsinə köçürülməsi lazımdır. Ancaq yaxşı olardı ki, Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilsin», - A.Qeybulla bildirib.

Həkim deyib ki, revmatizm birləşdirici toxumaların sistemli iltihabı xəstəliyidir. Effektiv müalicə olmasa, ürək qüsuru, oynaqlarda problemlər və digər fəsadlar törədə bilər.

Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq - silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq, 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edərək, «Azadlıq» qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və «Azərbaycan saatı» proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

«Amnesty International» təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG